Kərkükün taleyi Tarixi türkmən şəhərini kürdlər və ərəblər bölməyə çalışır

Analitika 15:20 06.02.2019

Kərkükü önəmli edən həm də İraqın neft ehtiyatının 20 faizinin bu ərazidə yerləşməsidir

ABŞ Kərkük mövzusunda mərkəzi İraq hökuməti (Bağdad) və kürd muxtariyyəti (Ərbil) arasında vasitəçilik etməyə çalışır. Bu barədə İraqın “Əl-Ərəb əl-Cədid” qəzeti məlumat yayıb.

Qəzetə rəsmi mənbələrdən bildiriblər ki, ABŞ səfirliyi Kərkük mövzusu ilə bağlı toplantılar təşkil edir. Toplantıda Kərkükdən olan kürd, ərəb və türkmən liderlər iştirak edir, əsasən şəhərdəki iqtisadi-siyasi problemlər müzakirə olunur.

İraq qəzetinin iddiasına görə, amerikalılar Kərkükün Bağdad və Ərbil arasında şərikli idarəçiliyini təklif edir. Plana görə Kərkükün təhlükəsizliyi İraq hökumətinə verilir, ancaq kürdlər etiraz edərək peşmərgə dəstələrinin Kərkükə yerləşdirilməsini istəyir. Lakin buna da ərəblər və türkmənlər etiraz edir. Hələlik, ortaq bir razılaşma yoxdur və güman ki, müzakirələr davam edəcək.

Kərkük əyalət məclisinin ərəb üzvü Məhəmməd əl-Cuburi deyib ki, ərəblər peşmərgənin Kərkükə gəlməsinə razı olmayacaq. Eyni zamanda deyib ki, kürdlər hələ də Kərkükü tələb edirlər.

Məsələ ondadır ki, 2017-ci il oktyabrın 17-də İraq mərkəzi hökuməti Türkiyə və İranın dəstəyi ilə kürd muxtariyyətinə qarşı əməliyyat keçirib. Həmin əməliyyat kürdlərin İŞİD hücumundan sonra İraqda ələ keçirdikləri əraziləri, o cümlədən Kərkük şəhərini geri almaq, yəni mərkəzi hökumətin nəzarətinə vermək idi. Bu əməliyyat uğurlu oldu və kürdlər 1971-ci il konstitusiyasında onlara ayrılmış sərhədlərə geri çəkilməli oldular. Lakin indi aradan iki il ötüb və kürdlər, daha dəqiqi Ərbildə yerləşən kürd muxtariyyəti Kərkükü yenidən geri almaq istəyir.

Çünki birincisi, Kərkük neftlə zəngin bölgədir, ikincisi isə orda indi kürdlər çoxluqdadır. Qeyd edək ki, İraq Konstitusiyasının 140-cı maddəsinə əsasən, Kərkük, “bir əyalətə bağlı olmayan müstəqil bölgə”dir.

kerkük ile ilgili görsel sonucu

Kərkükü önəmli edən İraqın neft ehtiyatının 20 faizinin bu ərazidə yerləşməsidir. Kərkükün yeraltı sərvətinin dəyəri milyardlarla dollarla ölçülür. Bu səbəbdən Kərkük indi həm Bağdad, həm də Bərzani ilə yanaşı İraqa faktiki olaraq nəzarət edən ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.

İraqda rəsmi olaraq siyahıyalma sonuncu dəfə 1997-ci ildə keçirilib və ölkə əhalisinin 72 faizini ərəblər, 21 faizini kürdlər, 7, bəzi iddialara görə 8 faizini isə türkmənlər təşkil edib. Kərkük vilayətində isə 48 faizini kürdlər, 28 faizini ərəblər. 21 faizini isə türkmənlrə təşkil edir. Bu siyahını seçkilərin nəticələri də göstərir. Belə ki. Kərkük əyalət məclisində 41 üzvü var, onlardan yalnız 9 nəfəri türkməndir. 26 deputat kürd, 6-sı isə ərəbdir.

Yerli mənbələrin bildirdiyinə görə, Kərkükdə 350 min nəfər, ümumi İraqda isə 2-2.5 milyon türkmən yaşayır. Təbii ki, bu statistikada son 5 ildə İŞİD hücumu nəticəsində baş verən qırğınlar və köç, həmçinin Kərkükün kürdlərin nəzarətinə keçməsi amili də rol oynayır. Çünki şəhər kürd nəzarətinə keçməmişdən əvvəl Kərkükün idarəçiliyində, polis və bələdiyyədə türkmənlər olub, amma indi çox azdır, təxminən 5 faizə qədər türkmən şəhər idarəçiliyində iştirak edir.

Qeyd edək ki, hazırda İraq əhalisinin (təxmini məlumatlara əsasən, 37 milyondan bir qədər çox) 8 faizə qədərini və ya 3 milyona yaxınını etnik türklər, yaxud da türkmənlər təşkil edir. Türkmənlər tarixən indiki İraqın şimal ərazilərində - Mosul, Kərkük, Telafer, Tuzhurmatı, Altınkörpü, Kifra, Karatepe, Hanekin və digər şəhərlərdə məskunlaşıb. Bu ərazi tarixi Ninyeva (yaxud da Ninova) əyalətinin əraziləridir. Hətta Bağdada yaxın bölgələrdə də türkmən əraziləri var. Ancaq son 100 ildə etnik sistemin dağılması, müharibələr nəticəsində türkmənlərin bir qismi xarici ölkələrə (İran, Türkiyə, Avropa ölkələri) və böyük bir qismi isə Bağdad, Kərbəla, Nəcəf, Bəsrə, Ərbil kimi şəhərlərə köçüb. Əsrin əvvəllərində İraqın şimal ərazilərində türkmənlər və kürdlər çoxluqda olsa da, sonrakı illərdə ərəbləşmə nəticəsində xüsusən Mosul və Kərkükdə türkmənlər azlıq qrupa çevrilib.

kerkük ile ilgili görsel sonucu

Türkmənlər müsəlmandırlar, bir qismi şiə, bir qismi isə sünni məzhəbinə mənsubdur. 1959-cu il İraq Konstitusiyasında İraq türkləri türkmənlər olaraq adlandırılıb. Türkmənlərin İraqa yerləşdirilməsi müasir Türkiyə tarixçilərinə görə, 7-ci əsrin sonlarına təsadüf edir. Ancaq bir sıra araşdırmalara görə, İraqda türk tayfalarının varlığı daha qədim dövrlərə gedib çıxır. Çünki eramızdan əvvəlki tarixdə o bölgədə türk tayfaları mövcud olmuş və onların ilkin dövlətləri də olub. İraq türkmənlərinin tarixinin 7-ci əsrə bağlanması İraqda ərəb millətçi zabitlərin hakimiyyətə gəlişi illərində aparılan siyasətlə əlaqədardır. 1958-ci ildə respublikaya çevrilən İraqda Əbdülkərim Qasimin hakimiyyəti zamanı türkmənlərin “gəlmə” olduğu, Orta Asiyadan gələrək İraqa yerləşdirildiyi tezisi irəli sürülüb.

kerkük ile ilgili görsel sonucu

Və təəssüf ki, 20-ci əsrin ortalarında kürdlərin siyasi aktivliyi və digər faktorlar nəticəsində İraqda 1971-ci ildə qəbul olunan konstitusiyada kürdlərə muxtariyyət statusu verilib. Ancaq ölkənin əhəmiyyətli etnik azlığı bu hüquqdan faydalana bilməyib. Səddam Hüseynin devrilməsi və ölkənin Amerika işğalı altına düşməsindən sonra kürdlərin mövqeyi daha da güclənib və faktiki olaraq İraqın şimalında gücə çevriliblər. Yaxın şərqdə isə təcrübə göstərir ki. silahlı gücü və dəstəyi olmayaq etnik. Yaxud dini qruplar assimilyasiya olunur, ya da daha böyük qruplara qarışır. Türkmənlər də belə oldu. 90-cı illərdə Türkiyə türkmənlərə müəyyən qədər dəstək versə də, sonradan müəyyən səbəblərdən bu dəstək olmadı və nəticədə xüsusən də son 8 ildə baş verənlərin nəticəsində türkmənlər parçalandı, bir qismi məzhəb faktoru ilə əlaqədar olaraq Bağdada yaxınlaşdı, digər qrup isə kürd administrasiyası ilə anlaşmağa çalışdı. Nəticədə ən çox itirən etnik qrupla çevrildilər.

İndi isə qəribə də olsa Kərkükün taleyini məhz ərəblər və kürdlər müzakirə edir. Türkmənlər isə bu prosesdə ən azı həlledici qrup deyillər. Hazırkı şərtlərdə şəhərin kürd idarəçilyinə verilməsi bu şəhərin daha çox assimilyasiya olunması demək olacaq. Bu səbəbdən də Kərkükün mərkəzi hökumətə tabe etdirilməsini indi türkmən fəallar da dəstəkləyir.

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı