İran tarixinin Amerikalı şəhidi Bəs niyə indi ABŞ-da Baskervill kimilər yoxdur ?

Analitika 20:44 08.02.2019

İran və ABŞ-ın qoç döyüşü elə də uzun tarixə malik deyil. Bu qarşılıqlı nifrət və qəzəbin 1953-cü ilin çevrilişindən başlaması fikrini bir çox siyasətşünas və tarixçi bölüşür. Amma XX əsrin əvvəllərindən başlayan erkən əlaqələrin bir çox müsbət, qan yaddaşından silinməyəcək parlaq səhifələri var.

Keçən ilin sonunda Sadiq Hidayətin “Hacı ağa” romanını tərcümə edərkən, marağımı doğurmuş bir cümləyə rast gəldim: “Rza şahın hakimiyyəti dövründəki dinsizliyi qınayın. Camaat arasında hicabı, qara çadranı və qara əmmaməni təşviq edin, lüzum olduqda, onları müftə paylayın. Səqaxana möcüzəsindən qafil qalmayın”.

“Səqaxana möcüzəsi”… Tərcüməçi kimi oxucuya bu cümlənin mənasını izah etmək borcum vardı. “Google”-da axtarışdan sonra zamanın axarına qarışmış ötən yüzillikdə İran-ABŞ erkən əlaqələrinə dair maraqlı tarixi hadisə ilə üzləşdim.

Amma erkən əlaqələrdən danışarkən, şübhəsiz, hekayət Hovard Konklin Baskervildən başlamalıdır.

Bəli, o, amerikalıdır, Prinston Universitetinin məzunu olan, nebraskalı xristian-missioner. 1907-ci ildə Hovard Baskervill Təbrizdə yerləşən Memorial məktəbində oğlan və qızlara ingilis tarixi və həndəsədən dərs deyib.

Baskervill qarşısında mühüm bir şərt qoyulmuşdu: dərs verdiyi müsəlman uşaqlara heç bir halda xristianlığı qəbul etdirməyə çalışmayacaqdı.

O, müqavilə şərtinə onadək əməl edib.

İran həmin illərdə Məşrutə burulğanına düşmüşdü. Hava barıt, yer qan iyinə bələnmişdi.

1909-cu ildə Məhəmməd Əli şah Qacarın qoşunları Təbrizi mühasirəyə alır. Baskervill Məşrutə hərəkatını müdafiə etmək üçün könüllülərdən ibarət silahlı qrup yaradır və hökumət qoşunlarına qarşı döyüşdə təxminən 100 könüllünün liderinə çevrilir.

Təbrizdəki ABŞ konsulu Uilyam Doti onu bu işdən çəkindirməyə çalışsa da, səyləri boşa çıxır. Baskervill rus zabitlərinin komandanlıq etdiyi kazak briqadaları ilə döüşdə snayper gülləsi ilə öldürülür.

Onu Təbriz şəhərindəki xristian-erməni qəbiristanlığında, mindən çox adamın iştirakçı ilə dəfn edirlər. “İranda amerikalı Lafayet” adlandırılan Baskevill ölkəsindən çox-çox uzaqlarda vətənpərvər və şəhid ünvanı alır.

Şahidlərin sözlərinə görə, onun məzarna indyədək baş çəkilir və kimliyi bilinməyən adam hər gün Baskervillin məzarına təzə-tər güllər qoyur.

Amerikalı missionerin xatirəsini əziz tutn təbrizlilər onun xatirəsinə Baskrvillin əksi olan xalça toxuyub və şəhərin mərkəzində, hökumət binasında bürünc büstünü qoyublar.

1990-cı ilin sonlarında prezident Məhəmməd Xatəmi ABŞ səfəri çərçivəsində Baskervillin şərəfinə toxunan xalçanı onun varislərinə təqdim edib.

1979-cu ilin noyabrında Tehranda ABŞ səfirliyinin 52 əməkdaşı girov götürüldükdən sonra Amerika dini liderlərinin nümayəndə heyətinə İrana səfər etmək və girovlarla görüşmək imkanı verilib. Həmin görüşdə bir iranlı tələbə xristian ruhanilərdən soruşub: “Bəs niyə indi Baskervill kimilər yoxdur?”

Uilyam Morqan Şuster İran-ABŞ erkən əlaqələri hekayətinin ikinci qəhrəmanıdır. O, 1906-cı ildə İrana səfər edib və Məşrutə hərəkatının iştirakçısı olub.

Rəsmən hüquqşünas Şusterin missiyası şah hökumətinin maliyyə işlərini sahmana salmaq məqsədi güdüb. O, Məclis tərəfindən baş xəznədar vəzifəsinə təyin olunub və Atabəy sarayında iqamət edib.

Qərb tipli maliyyə sistemi yaradan Şusterin konstitusiya tərəfdarı olması, islahatları təşviq etməsi müstəmləkəçi ingils və rus hökumətlərinin maraqlarına təhdid edib. Məclisin topa tutulması il İranda antikonstitusion çevriliş törədilib. Bundan sonra, 1911-ci ildə Morqan Şuster təzyiqlə vəzifəsindən uzaqlaşdırılıb və ölkədən qovularaq ABŞ-a yola salınıb.

“İranın boğulması” kitabında Şuster yazırdı: “İran xalqının ona veriləndən daha yaxşı həyata layiq olduğu şəksiz idi, amma ingilislər və ruslar uğur qazanmağımıza qətiyyətlə mane oldu”.

“Səqaxana möcüzə”si də İran-ABŞ erkən əlaqələrinə, Morqan Şuster nümunəsindəki kimi, paz soxan qüvvələrin müdaxiləsinə dair daha bir əyani misaldır. Söhbət 1924-cü il iyulun 18-də Tehran bazarında amerikalı diplomat Robert Uitni İmbrinin qətlindən gedir.

Qətldən öncə Tehranda “Aşix Hadi”, yaxud “Ağa Şeyx Hadi” adlı səqaxanada (adətən, daxilində çeşmə, yaxud bulaq olan pirə oxşar dini tikiliyə deyilir) baş vermiş möcüzə barədə şayiələr yayılıb. Deyilənə görə, səqaxanadakı çeşmədən su içən bir topal şəfa tapıb, bunun ardınca həmin məhəllədə dilənçiyə sədəqə verməyən bir bəhai qəfil kor olub.

Xəbər qısa müddətdə bütün İrana yayılıb. “Neşnl Ceoqrafik” jurnalı ilə əməkdaşlıq edən İmbri möcüzəsi ilə məşhurlaşmış məkanın fotolarını çəkmək istəyərkən, onun bəhai olduğu və səqaxanaya ziyan vermək istəməsi barədə şayiələr yayılıb. Azğınlaşmış kütlə İmbri və onu müşayiət edən Amerika missiyasının digər üzvünü qətlə yetirib.

Bu hadisədən dərhal sonra o zamankı hökumət başçısı və hərbi nazir Rza xan ölkədə hərbi vəziyyət elan edib. Qətldə iştirak etmiş 3 nəfər edam olunub.

İmbrinin cənazəsi “Trenton” gəmisində ABŞ-a göndərilib, onun dul arvadına isə 1950-ci ildə 70 min dollar təzminat ödənilib.

Bəzi tarixçilər hələ də qətiyyətlə bu hadisənin Amerika şirkətlərinin İranda neft hasilatına maneə törətmək üçün ingilislər tərəfindən təşkil olunduğunu iddia edirlər.

Tarix, həqiqətən, ibrətlərlə doludur…

Əziz Rzazadə

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Hamısı