Qarabağ döyüşlərinin taleyini dəyişdirdilər... Fransada erməni lobbisinin tarixi – I yazı

Analitika 12:15 13.02.2019

Son günlər Avropada, xüsusən də Fransada erməni lobbisinin fəallaşması diqqəti cəlb edən əsas məsələlərdən biri oldu. Ötən günlərdə erməni lobbisinin qarşısında çıxış edən Fransa Prezidenti Makronun 24 apreli ermənilərin soyqırım günü olaraq qeyd ediləcəyini bildirməsi bir daha bu ölkədə erməni lobbisinin gücünü və təsir imkanlarını ortaya qoydu.

macron ermeni soykırımı ile ilgili görsel sonucu

Düşündük ki, sözügedən erməni lobbisinin formalaşma tarixi və fəaliyyətiylə bağlı, həmçinin bu lobbi qruplarına və erməni diasporuna rəhbərlik edən “Avropalı ermənilər”in kimliyi ilə bağlı kiçik bir tədqiqat aparmaq yerinə düşərdi. 

Və Eurasia Diary sözügedən tədqiqatı oxuculara təqdim edir:

 

Hazırda Fransada 500-600 minə yaxın erməni yaşayır. Sayına görə ermənilərin ən çox və kompakt yaşadığı Avropa ölkəsi məhz Fransadır. Ola bilər ki, Fransada 67 milyondan çox əhali yaşayır və ermənilərdən sayca daha çox olan etniklər də mövcuddur. Ancaq erməni lobbisi təsir gücünə görə bu ölkədə ən güclü III lobbidir. İlk iki yerisə amerikan və rus lobbi qrupları bölüşürlər.

 

Fransada XIX əsrdə çox az sayda erməni yaşayırdı. Bu ermənilərin əskəriyyəti ya Rusiyadan, ya Osmanlıdan, ya da İrandan mühacirət etmiş şəxslər idi. 1855-ci ildən Fransada erməni dilli qəzetlər nəşr edilməyə və erməni dilində fəaliyyət göstərən məktəblər açılmağa başlayır.

 

Ermənilərin Fransada məskunlaşmasının dəqiq tarixi məlum deyil. Ancaq bir çox məmbələrin verdiyi məlumata görə ermənilərin böyük bir qismi 1915-ci ildə Osmanlıda baş verən hadisələr, erməni qiyamı və daha sonra baş vermiş erməni deportasiyasından sonra Fransaya köç edib.

ermeni göçü ile ilgili görsel sonucu

Elə ilk lobbi qruplarını da türk düşmənliyi ilə seçilən ermənilər yaradıb. Fransanın o dövrdə erməniləri öz ölkəsinə qəbul etməsi və onların lobbiçilik fəaliyyətinə dəstək verməsi I Dünya müharibəsi zamanı fransızların türklərə qarşı döyüşməsi və Osmanlını parçalamaq niyyətlərilə birbaşa bağlıdır. Yəni, tarixi zərurət və anti-türk mövqeyi hələ XX əsrin əvvələrində bu iki xalqı müttəfiqə çevirmişdi.

 

Beləliklə, Fransada erməni lobbisi 1915-1925-ci illər arasında formalaşıb. Fransada o dövrlər ermənilərə müəyyən səviyyədə dövlət tərəfindən dəstək verilsə də ermənilər bir o qədər də güclü hesab edilmirdi. Fransada millətçi dalğanın meydana gəlməsi ermənilər də daxil olmaqla bütün digər etniklər üçün ciddi problem yaratmışdı. Erməniləri “ikinci dərəcəli vətəndaşlıq”dan xilas edən amil isə II Dünya müharibəsi oldu.

 

II Dünya müharibəsi zamanı Fransa Almaniyanın işğalıyla üzləşir və bu zaman Fransada müqavimət hərəkatı və partizan hərəkatı formalaşır. Bu müqavimət hərəkatının liderlərindən biri isə erməni əsilli Misak Manukyan idi. Manukyanın müharibədə göstərdiyi “qəhrəmanlıq” fransızlarda erməni simpatiyasının təməlini qoyur.

misak manukyan ile ilgili görsel sonucu

II Dünya müharibəsindən sonra millətçilik və faşizmin ən ağır zərbələrini dadan Fransada millətçi dalğa da süquta uğrayır. Bu amil ən çox ermənilərin maraqlarına uyğun olur.

Soyuq müharibə dövrü və sonrasında erməni lobbisi daha da gücləndi və SSRİ-nin dağılması və Ermənistan-Azərbaycan münaqişəsinin başlamasıyla onların fəaliyyəti daha da intensivləşdi. 80-ci illərdə Avropadakı türk diplomatlarını “qisas” adı altında ard-arda öldürən erməni terror təşkilatı - ASALA uzun illər sui-qəsdlər, terror aktları və digər radikal metodlarla Azərbaycan və Türkiyə əleyhinə aktiv fəaliyyət göstərdi. ASALA-nın bu fəaliyyətində əsas maliyyə yardımı və siyasi dəstək yenə də erməni lobbisindən və Fransadakı erməni "elitasından" gəlirdi. 

asala ile ilgili görsel sonucu

Qarabağda döyüşən bir çox erməni terror təşkilatı Fransadan maliyələşdirilirdi. ASALA-nın müxtəlif qolları, təşkilatlarının Qarabağdakı fəaliyyəti 80-ci illərin sonlarında regiondakı vəziyyətin daha da gərginləşməsinə səbəb oldu.  Qarabağ döyüşlərində xüsusən də, dinc vətəndaşlara qarşı xüsusi amansızlığıyla seçilən ARABO batalyonu Fransadakı erməni terroristlərin fəaliyyəti və fransız kapitalı hesabına ərsəyə gəlmişdi. Bu batalyon 1992-ci ilin iyun ayına qədər onlarla günahsız azərbaycanlının qətlinə səbəb olmuşdu. Onların Qaradağlı və Xocalı soyqırımlarında iştirakı da real faktlarla aşkar edilmişdi. Beləliklə də Fransadakı erməni lobbisi tərəfindən göndərilən terrorçular və pullar Qarabağ döyüşlərinin taleyini dəyişdi...

arabo batalyonu ile ilgili görsel sonucu

 

Qeyd edək ki, sözügedən cinayətkar, terrorçu dəstə 29 iyun 1992-ci ildə Gəncə batalyonunun komandiri Mehman Ələkbərovun Tərtər ərazi özünümüdafiə batalyonu ilə birgə apardığı Həsənqaya əməliyyatı zamanı tamamilə məhv edilib.

arabo batalyonunun məhvi ile ilgili görsel sonucu

 

Mövzunun davamını saytımızdan izləyə bilərsiniz...

 

Nicat İsmayılov

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Hamısı