Dəmiryollarında niyə muhafizə tədbirləri görülmür? Dəmiryolları QSC: “Maliyyə çətinlikləri var"

Analitika 10:23 19.02.2019

Son günlərdə yenidən Azərbaycanda dəmiryolu nəqliyyatı təhlükəsizliyi problemi aktuallaşıb. Belə ki, 13 fevral tarixində Bakı-Sumqayıt elektrik qatarı Xırdalan şəhərindən keçən ərazidə 42 yaşlı bir qadını vurub. Hadisə nəticəsində qadın həyatını itirib.

Bu hadisə təəssüf ki, qatarla törədilən ilk qəza deyil. 23 dekabr 2017-ci ildə də Sumqayıt-Bakı sürət qatarı ilə Kürdəmir rayon sakini Səbuhi Azayev vurulub və piyada hadisə yerində ölüb. Bu hadisə isə Keşlə qəsəbəsi yaxınlığında baş vermişdi.

Analoji hadisə 2017-ci ilin aprel ayında baş verib və yenə də bir qadın vurulduqdan sonra yerindəcə keçinib. Artıq bu qəzaların baş verməsi sübut edir ki, Sumqayıt-Bakı sürət qatarının hərəkət istiqamətində lazımı mühafizə tədbirləri görülməyib.

Image result for Baku

Məsələ ilə bağlı Dəmiryolları QSC ilə əlaqə saxladıq. Dəmiryolları QSC-dən verilən məlumatı təqdim edirik:

"Bakı-Sumqayıt-Bakı sürətli elektrik qatarının layihəsi hazırlanarkən yolların kənarında hasarlama işləri nəzərdə tutulmuşdur, lakin maliyyə çətinlikləri ilə əlaqədar olaraq həmin hasarlama işləri ləngiyir. Dünya təcrübəsində olduğu kimi Azərbaycan Dəmir Yollarında da sürətli qatarların təhlükəsiz hərəkəti və insanların təhlükəsizliyinin təmin olunması üçün yolların mühafizə zolağının hasarlanması və dəmir yolunun üzərindən və altından keçidlərin quraşdırılması nəzərdə tutulur. Xüsusi təhlükəli zonalarda dəmir yolunun üzərindən və altından keçidlər quraşdırılır, mal-qaranın dəmir yoluna çıxdığı sahələrdə isə hasarlama işləri aparılır".

 

dəmiryolları qsc ile ilgili görsel sonucu

Daha yuxarı instansiyalara ünvanladığımız suallar isə cavabsız qaldı. Araşdırmalarımıza davam edib Sumqayıt-Bakı qatarının hərəkət istiqamətindəki “mühafizə tədbirlərini” görmək üçün hadisə yerinə yollandıq. Gördük ki, Altaylı və Çiçək qəsəbələrindən keçən dəmiryolları üzərində insan hərəkətini məhdudlaşdıracaq heç bir addım atılmayıb. Sözügedən “mühafizə tədbirləri”nə də rast gəlmədik. Əksinə, günaşırı insanların burada intensiv hərəkətdə olduğunu müşahidə etdik. Hətta bəzi yerlərdə ən sadə plakat və məlumatlandırıcı lövhələr belə quraşdırılmayıb.

Qatarın hərəkət istiqamətində yerləşən “Xırdalan” pivə zavodunun arxa tərəfində isə nəinki mühafizə tədbiri görülməyib, hətta şlaqbaun belə mövcud deyil. Ərazidəki yeganə şlaqbaun zavoda məxsusdur, onun da fəaliyyəti zavodun iradəsindən asılıdır.

Bir həftəlik araşdırmamız nəticəsində müəyyən etdik ki, dəmiryolları üzərində baş verən qəzaların bu qədər intensiv şəkil alması məhz gərəkli muhafizə tədbirlərinin görülməməsindən irəli gəlir. Sözügedən mühafizə tədbirləri hərəkət fəaliyyətini məhdudlaşdıracaq şlaqbaunlar, insanların əraziyə daxil olmasını əngəllyəcək dəmir hasarlar və ya digər müxtəlif üsullar ola bilər.

 

Beynəlxalq praktikaya nəzər salaq

Avropa və Türkiyədə dəmir yolları xüsusi qaydada hasarlanır. Həmçinin, Almaniyada dəmir yollarında təhlükəsizliyi təmin etmək məqsədi ilə kamera-nəzarət sistemi quraşdırılıb.

Railway Security Fencing & Acoustic Fencing

Türkiyədə son dövrlər qəzaların sayı artdığından dəmir yollarında təhlükəsizliyi təmin etmək üçün yeni layihələr hazırlanır. Burada dəmir yolları trayektoriyasına daxil olan avtomobil yollarına alternativ yollar çəkilib və bu yollardan istifadə məhdudlaşdırılıb. Son günlər isə Türkiyədə “Ağıllı reys”lərdən istifadə üçün layihələr hazırlanmaqdadır.

Fransa, Çin və digər ölkələrdə dəmir yollarında siqnalizasiya sistemi quraşdırılıb. Bu sistemin ən üstün tərəfi odur ki, dəmir yollarında qəza şəraiti və ya istənilən təhlükəli hal baş verdikdə dərhal maşinistə siqnal ötürülür.

tren sinyalizasyon sistemi ile ilgili görsel sonucu

Təəssüf ki, bu cür texnikalardan, hətta ən sadə tədbir sayılan hasarlama kimi tədbirlərdən ölkəmizdə istifadə edilmir. Dəmiryolu nəqliyyatında isə baş verən qəzalar yalnız Sumqayıt-Bakı qatarının hərəkət istiqamətində baş vermir. Ötən ilin statistik rəqəmlərinə baxdığımız zaman belə qəzaların sayının get-gedə atdığını müşahidə edirik. Ötən ilin may ayında Bərdədə qatarla bir traktorun toqquşması, 15 sentyabrda Keşlə qəsəbəsində bir vətəndaşın qatar vurması nəticəsində həlak olması, oktyabr ayında Binə qəsəbəsində avtobusla qatarın toqquşması, noyabr ayında Tovuz rayonunda dəmiryolu üzərində hərəkətdə olan bir vətəndaşı qatar vurması faciəvi sonluqla bitən dəmiryolu qəzalarıdır.

Bu qəzalar nəticəsində 10-a yaxın vətəndaş dünyasını dəyişib. Və bu ölümlər insanların taleyi deyil. Onlar aidiyyatı qurumların məsuliyyətsizliyinin qurbanı olublar. Bu qurbanların sayının artmaması üçün dərhal konkret addımlar atılmalıdır.

 

Nicat İsmayılov

 
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Hamısı