İranda ingilislərin dövlət çevrilişi Qacarları taxtdan necə saldılar?

Analitika 21:28 21.02.2019
Bu barədə “Ölkə.Az”a müstəqil tədqiqatçı Orxan Vəliyev məlumat verib.

Birinci dünya müharibəsindən sonra türk Qacarlar hakimiyyətində olan İran Böyük Britaniyanın yarımmüstəmləkəsi olaraq qalmışdı. Rusiyada başlayan 1917-ci il Oktyabr Sosialist inqilabı çevrilişindən dərhal sonra Çarlığın öz qoşunlarını İrandan çıxarmasından istifadə edən İngiltərə 1919-cu ilin avqustunda bağladığı müqavilələr sayəsində İranı Böyük Britaniyanın yarımmüstəmləkəsinə çevirdi.

İran nefti tamamən Britaniya tərəfindən daşındığından ölkə iqtisadiyyatı dağılmış, maliyyə sistemi isə iflasa uğramış hala düşdü. Xalqın ard-arda etiraz və üsyanlarını görən İran məclisi 1921-ci ildə Britaniya ilə olan bütün müqavilələrini ləğv etdi.

Altı ay sonra Britaniya köməyi ilə kazak briqadasının generalı fars əsilli Rza xanın başçılığı ilə dövlət çevrilişi baş tutur və Əhməd şah Qacar sürgünə göndərilir. İran nefti yenidən Britaniya əlinə keçdi. Neft gəlirlərinin yalnız 16% -i İran dövlətinə çatırdı. Rza şahın bir sıra iqtisadi, siyasi, sosial islahatları, açdığı dünyəvi məktəblər, qadın azadlığı, yaratdığı Tehran Universiteti, dövləti xeyli möhkəmləndirdi. Zamanla “Tam müstəqil İran” xəyalları ilə yaşayan Rza şah böyük səhv elədi.

Britaniyadan tək başına qurtula bilməyəcəyini anlayan şah Almaniya ilə yaxınlaşmağa başladı. İran-Almaniya dostluğunun başlanğıcı ilə hakimiyyətə Hitler gəlir. İranı Alman nasistləri ilə iş birliyində ittiham edən Britaniya və SSRİ İrana qoşun yeridir. 2 böyük imperiya ilə bacara bilməyəcəyini anlayan Rza Şah təslim olmaq məcburiyyətində qalır. (Cənubi Afrikada sürgün həyatı keçirən Rza şah 1944-cü ildə ölür).

Britaniyanın razılığı ilə taxta qaldırılan Rza şahın oğlu şahzadə Məhəmməd Rza yeni müqavilələrin imzalanmasına məcbur edilir. 2-ci dünya müharibəsindən sonra da ingilislərin İran siyasəti dəyişmir. Onlar neft gəlirlərini İran ilə bölüşdürməkdən imtina edirlər. Tacını Londona borclu olan yeni şah bütün bunlara göz yumur. İranda yeni iqtisadi böhran nəticəsində ortaya çıxan etirazçılar hakimiyyətə bir zamanlar devrilən Türk Qacar sülaləsindən Məhəmməd Müsəddiqi hakimiyyətə gətirirlər.

Şah Məhəmməd Rza ölkədən sürgün olunur. 1951-ci ildə İranın baş naziri vəzifəsinə təyin olunan Məhəmməd Müsəddiq ölkəni Qərb asıllığından qurtarmaq və neft sənayesinin milliləşdirilməsi istiqamətində fəaliyyətə başlayır. İran neftini milliləşdirən qərar 20 mart 1951-ci ildə parlamentdə qəbul edildi. Beləliklə, ingilislərin İran nefti üzərindəki imtiyazları aradan qalxdı. Milliləşdirmə qərarı Müsəddiqin qələbəsi idi. Xalqı tərəfindən çox sevilən Müsəddiq 1951-ci ildə “Time” jurnalı tərəfindən ilin adamı seçilir, şəkli jurnalın üz qabığına həkk olunur. Böyük Britaniya İranı iqtisadi cəhətdən çətin vəziyyətdə qoymaq üçün beynəlxalq embarqo çağırışı etdi. Böyük Britaniya donanmasına məxsus döyüş gəmiləri Bəsrə Körfəzinə göndərildi. 1952-ci ildə Hollandiyada keçirilən Beynəlxalq Ədalət məhkəməsi İranın xeyrinə qərar qəbul etdi. Bu artıq, İranın Böyük Britaniya üzərindəki qələbəsi idi. Bu qərarın ardından iki ölkə arasında gərginlik pik həddə çatdı və 1952-ci ilin noyabr ayında Müsəddiq Böyük Britaniya səfirliyinin bağlanması qərarı verdi.

Müsəddiq bir tərəfdən nefti milliləşdirir, digər tərəfdən də ölkədə baş verən iqtisadi problemləri həll etmək üçün müxtəlif işlər görürdü. Bu məqsədlə böyük torpaq sahiblərinə əllərindəki torpaqların bir hissəsini torpaqsız kəndlilərə paylamaq göstərişini verdi. Bu onu böyük torpaq sahibləri ilə qarşı-qarşıya gətirdi. Hakimiyyətə gəlməsində Müsəddiqə dəstək verən bəzi islam alimləri ilə də münasibəti pisləşməyə başlamışdı.
 
Böyük Britaniya İranı geri ala bilmək məqsədi ilə ABŞ-nı tərəfinə çəkərək Müsəddiqi devirmək üçün planlara başlayır. Müsəddiqi babası Qacar kimi rahat devriləcək adam deyil, xalq onu çox sevir. Britaniyanın devrim planı mükəmməl olmalıdır. Ölkədən qovulan fars şahı geri gətirmək məqsədi daşıyan plana “Ayaks” kod adı verilir. Britaniya kəşfiyyatı əməliyyatın adını daha sonra “Çəkmə” qoyacaq və ona 1 milyon dollar pul ayıracaq (Oz dövrü üçün böüyk pul idi).

Əməliyyat ABŞ-ın eks-prezidenti Teodor Ruzveltin nəvəsi CIA agenti Kermit Ruzveltə tapşırılacaq. 1953-cü ildə Ceyms Lockridge pasportu ilə İrana gələn agent Kermit payladığı rüşvət qarşılığında din adamlarını, jurnalist və hərbçiləri ələ alır. Elə həmən ay qəzetlərdə Müsəddiqin SSRİ ilə əməkdaşlığından, cibində komsomol bileti gəzdirdiyindən yazılmağa başlanır. Mollalar məscidlərdə, guya, kommunist olan hökümətin İslam dininə qadağa qoyacağından, məscidlərin dağıdılacağından və İranın məcburən ateist ölkəyə çevriələcəyindən danışmağa başlayırlar. Hərbçilərə rüşvət verməyə gərək qalmır, torpağı əlindən alınıb kəndlilərə paylandığına görə küskün qalan general Fazil Zahidi çevriliş üçün hazırdır.

İranlılar ikinci dəfə Qacarlar sülaləsindən olan, Fətəli şahın kötücəsi Məhəmməd Müsəddiqi satmağa çox tez razılaşdılar. Ən çətini ölkədən qovulan şahı geri qayıtmağa razı salmaq idi. Şah Məhəmməd Rza sürgün həyatından razıdır və yenidən bütün bu qarışıqlıq içində batan İrana hakim olmaq istəmir. Amerika kəşfiyatının onu dilə tutması və sonuna qədər toxunulmazlıq qarantiyası vəd etməsindən sonra Şah çevrilişin ardınca ölkəyə dönəcəyi barədə razılığını verir. Çevriliş üçün əməliyyat demək olar hazırdır.


Ən sonuncu Tehran cinayətkar qruplarını ələ almaq qalıb. Onların işi Tehran küçələrində gecə vaxtı dükanlara hücum edib şüşələri qırmaq, kommunist şüarlar səsləndirmək, xalqı döyməklə özlərini Müsəddiq tərəfdarı göstərmək idi. Din adamları və jurnalistlərin Müsəddiqi gözdən salmaq üçün apardığı propaqandalar yetişəndən sonra cinayətkarlar küçələrə çıxır: “Yaşasın Məhəmməd Müsəddiq! Yaşasın Sovetlər Birliyi! Kommunizm qələbə çalacaq” qışqırmalı və qarşılarına çıxan hər şeyi dağıtmalı idilər.


Paralel olaraq həmin ərəfələrdə İran pulu dəyərini 20 dəfədən çox itirdi. Artıq CİA arxivləri açılandan sonra məlum olacaq ki, pulun dəyərinin salınması üçün Londonda milyonlarla saxta İran pulu buraxılıb ölkəyə soxulumuş bu da pulun sürətlə dəyər itirməyinə gətirib çıxardır . Tehran xalqı əsəbidir və höküməti cavab verməyə çağırır. Nə baş verdiyini anlamayan nazirlər səssiz qalır. Bu İranlıları daha da qızışdırdığından, küçələrə yüz minlər axışmağa başladı.

İranlılar Müsəddiqin istefasını tələb edirdi. Yüzlərlə insanın ölümü ilə nəticələnən 4 günlük etirazın ardından Mussədiq 19 avqust 1953-cü ildə hərbçilərə təslim olur. Vətənə xəyanətdə ittiham olunaraq həbs edilir. Tamamilə demokratik seçkilərlə hakimiyyətə gəlmiş və xalqın istəyi istiqamətində nefti milliləşdirən, reallaşdırmağa çalışdığı islahatlarla ölkədə demokratiya gətirən Müsəddiq 3 il həbsdə qaldıqdan sonra ev dustağına çevrilir və 5 mart 1967-ci ildə 84 yaşında vəfat edir. Bütün bu sömürgə siyasətinin gətirdiyi iqtisadi böhranlar, demokratlaşamın qarşısı kəsilməklə, İran daha qəddar bir rejimin – Xomeyniçilərin qucağına atacaq.

ABŞ-ın bu çevrilişdə iştirak etdiyini 2000-ci ildə xarici işlər naziri Meydlin Olbrayt tərəfindən edilən etiraf ilə açıq-aşkar ortaya çıxdı. ABŞ prezidenti Barak Obama 4 iyun 2009-cu il tarixində Misirdə etdiyi çıxış zamanı bu məlumatı rəsmən təsdiqləyib, ABŞ adına demək olar dünyadan üzr istəyir.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Hamısı