Satılmış radikalların mitinq tarixlərinin sirri TƏHLİL

Analitika 13:59 18.03.2019

Numerologiyaya inanmasam da, rəqəmlərin dili də hərdən nəsə deyir. Radikal müxalifət, deyəsən, 2019-cu ildə 19 rəqəmini sevimli rəqəmə çevirib, yaxud, fala baxaraq, nədənsə bu rəqəmin onlara düşərli olması qənaətinə gəlib. 19 yanvar, 19 mart... Yaxud, Qərbin siyasi texnoloqlarının ənənəvi psixoloji spekulyasiya metdolarına istinad edərək, məhz bayram, hüzn günlərində mitinqlər keçirməklə əhalinin şüuruna nüfuz etməyə çalışırlar. Bu, təsadüfi deyil.

Məsələn, dünyada terroru dəstəkləyən qüvvələrin elə böyük dövlətlərin özlərinin olması sirr deyil. Onların beyin mərkəzləri insanları terror təşkilatına cəlb etmək üçün üsullar hazırlayıb və bu üsullar sırasına fərdlərin müəyyən həssas dövrünün diqqətə alınması da daxildir. Tutaq ki, bir insanın öz yaxınlarını itirdiyi zaman onun ən həssas dövrü sayılır. Həmin dövrdə insan xarici təsirlərə adekvat reaksiya verə bilmir, süstləşir, çox asan tora düşür, qarşıdakına tabe olur. Eləcə də,xarici araşdırma mərkəzləri hədəf secdikləri xalqlara qarşı bu cür yanaşma metodları işləyib, sifarişçilərə ötürüblər və onlar bundan maraqları olan ölkələrin xalqına, o cümlədən, əllərində alət olan müxalif qüvvələri bizə qarşı təlimatlandırmaqla istifadə edirlər. 

Eynilə, bayramlar ərəfəsində insanlar süstləşir, rahatlaşır, xarici təsirlərə daha çox qulaq asmağa meylli olurlar. Xədicə İsmayılovanın 8 martda mitinq keçirib, iğtişaş yaratmağa çalışması, Əli Kərimlinin radikal dəstəsinin Azərbaycan xalqının həssas dövrlərində - 19 yanvar hüzn günündə mitinq keçirməsi, “Şəhidlər xiyabanını ziyarət” adıyla iğtişaşa cəhd, 19 martda icazəsiz mitinq səfərbərliyi elan edilməsi və s. təsadüf sayıla bilməz.Konfutsinin məşhur bir kəlamı var: "Əgər bir yerdə kiçik insanların kölgəsi böyük görünürsə, demək, o yerdə günəş batır". 

Müdrik filosofun başqa bir fikri də ibrətamizdir: "Quyu dərin deyil, ip qısadır". Pis odur ki, başqasının ipiylə quyuya enməyə çalışasan, o da istədiyi vaxt ipi kəsə. Bir də var ki, o quyuya tək enməyəsən, özünlə bərabər bütöv xalqı da ora salmağa çalışasan. Sual oluna bilər: axı hakimiyyətə yüksələrlər, enməzlər. Hakimiyyət, hökm sahibi olmaq hər zaman yüksəliş rəmzi sayılıb, hakimiyyət olimpinə qalxmaq hər bir siyasətçinin əsas hədəfidir. Lakin əgər o siyasətçi əqidə, prinsiplə məqsədinə nail olarsa, bu, yüksəlişdir, yox, əgər mənəviyyatını çirkin oyunlara qurban verərsə, hakimiyyətin alternativsiz və barışmaz opponenti görünmək üçün öz ətrafını, xüsusilə gəncləri, qadınları qəsdən "siyasi dustaq" damğası vurub, beynəlxalq güc mərkəzləri qarşısında “əzabkeş demokrat”, “alovlu liberal” adı ilə öz siyasi ambisiyalarına, pərdəarxası məkrli sövdələşmələrə alət edərsə, bu, qaranlıq dibi olan quyuya enişdir. Xalqla, sadəlövh insanlarla manipulyasiya etmək heç bir siyasi etikaya, mənəviyyat çərçivəsinə sığmır. Azərbaycanın taleyi Azərbaycan hakimiyyəti və xalqı arasında dialoq, qarşılıqlı anlaşma, problemlərin həlli yollarının birgə axtarışı ilə həll olunmalıdır, vətənimizdə hansısa məkrli maraqları olan xarici qüvvələrin hakimiyyət eşqi ilə yanıb-tutuşan radikal təfəkkürlü müxalif qüvvələrlə gizli sövdələşməsi nəticəsində yox. 

Xalqı düzgün gələcəyə aparmaq üçün çalışan dövlət başçısına əngəl olmaq cəhdləri bağışlanmazdır. Kimlər üçünsə xaricdən alınmış qrantlarla, verilmiş təlimatlarla görülmüş işlərin uyğun gəlib-gəlməməsi ölçülür. Ancaq əlində kifayət qədər məlumatı, dünya ilə geniş əlaqələri olan dövlət başçısı humanist davranır, bildiklərini faş etmir, sadəcə, millətini, dövlətini qorumağa, yüksəltməyə çalışır. Təxribatlarsa davam edir... 

Yenə də 19 rəqəmi, yenə də bayram ərəfəsi. Bu, həmin 19 mart günüdür ki, düz 25 il əvvəl Bakı metrosunda mülki insanlar terrorun qurbanı olmuşdular. Azərbaycan xalqının müqəddəs bayramını qara gətirən həmin terrorçularla 2019-cu il 19 martında mitinq çağırışı edənlərin məqsədlərində və zaman seçimində nə fərq var?! 

Onlar bayram ərəfəsində cəmiyyətdə təşviş, xof yaratmağa, əhalinin bayram əhval-ruhiyyəsini qanıqaraçılıqla əvəzləməyə çalışırlar. Məsələ təkcə bayramla bitmir. Azərbaycan olduqca həssas dövrə qədəm qoyub. Bu, həm də təhlükəli bir dövrdür. Beynəlxalq siyasətdə şiddətlənən qarşıdurma bizim bölgəni də ağuşuna alıb. Təhlükə o dərəcədə artıb ki, Qarabağın itirilməməsi ilk olaraq bizim milli həmrəyliyimizdən, dövlət-vətəndaş münasibətlərinin möhkəmliyindən, daxili sabitlikdən çox asılıdır. Beynəlxalq siyasətdə Azərbaycanın nüfuzunun artmasına öz çoxillik təxribatları ilə mane ola bilməyən qaranlıq xarici qüvvələr onu əməkdaşlığa cəlb etdikləri xaricdəki və daxildəki narazıların əliylə zəiflətməyə, özlərinə tabe etməyə çalışırlar. 

İnqilab, çevriliş çağırışları o qədər təhlükəlidir ki, xalqı ona səsləyən qüvvələr dünya tarixindən xəbərdar olsa idilər, etdiklərinin dövlət və xalq qarşısında cinayət olduğunu başa düşərdilər. Təbii ki, biz “xarici qüvvələr” deyərkən heç bir halda bütöv dövləti buna aid edə bilmərik. Məsələn, “müxalifət Amerikadan maliyyələşir” təsəvvürü yanlışdır. Amerika dövlətinin daxilində müəyyən güc qrupları var ki, çox vaxt onların maraqları öz aralarında belə toqquşur. Həmin qruplar ABŞ xarici siyasətinə təsir etmək, özlərinə loyal olan marionet qüvvələri maraq dairələrinə daxil olan ölkələrdə hakimiyyətə gətirmək üçün planlar qurur, çevriliş edir, bunun adını "rəngli inqilab" qoyurlar. Bu qüvvələr hətta ABŞ prezidentini impiçmentlə təhdid edir, mümkün qədər çox güc, nüfuz əldə etməklə resurslara nəzarət imkanlarını artırmağa can atırlar. Onlar Azərbaycan hakimiyyətindən istədikləri güzəşti qopara bilməyəndə, yaxud müəyyən səbəblərdən maraqları təmin olunmayanda hakimiyyəti müxalifətin əli ilə təhdid etməyə çalışırlar. Bu güzəş tələbləri ən müxtəlif məsələlərə aid ola bilər: Qarabağ məsələsində güzəştə getmək, İrana qarşı Azərbaycandan poliqon kimi istifadəyə imkan verilməsi, Ermənistanla ticarət və kommunikasiyaların bərpası, onun Azərbaycanın regional layihələrinə qoşulmasına imkan verilməsi, Rusiya ilə strateji tərfdaşlıqdan imtina, Çinin meqalayihələrində nəzarətə imkan verilməsi, Türkiyəyə qarşı ABŞ-ın yanında yer almaq, Paşinyanın Ermənistanda möhkəmlənməsinə şərait yaratmaq üçün atəşkəsə maksimum riayət olunması, "Böyük Orta Şərq" layihəsinə dəstək və s. 

Hər dövlətin siyasəti onun başçısına oxşayır. İtaətkar dövlət başçıları öz dövlətlərini başqa güclərin köləsinə çevirir, əzmkar insanlar isə özləri kimsəyə boyun əymədikləri kimi, dövlətlərini də müstəqil, kimsədən asılı olmayan edirlər. Təbii ki, İlham Əliyev özü xaraktercə müstəqil adam olduğu kimi, başçılıq etdiyi dövlətin də real olaraq suveren, müstəqil olmasını təmin edir. Onun hesablaşdığı yeganə güc xalqdır. Hakimiyyətin mənbəyinin xalq olması amilini nəzərə alan prezident sürətli, adekvat, real islahatlar mərhələsinə qədəm qoyduğumuzu bəyan etdi və ölkə əhalisini hər gün xoş sürprizlərlə sevindirməyə davam edir. Bu, adının nə olmasından asılı olmayaraq - böyük açılım, islahatların növbəti mərhələsi və s.- xoşməramlı inqilabdır, sistemin təkamülüdür. İqtidarın özünün başladığı xoşməramlı inqilab dövlətin davamlığını, xalq-dövlət həmrəyliyini təmin edən ən doğru, müdrik mexanizmdir, ağrısız prosesdir. Nə üçün?! 

Dövləti idarə edən hakimiyyətin əlində yetərli resurslar, idarəçilik təcrübəsi vardır ki, o, bunlardan istifadə edib, prosesləri doğru məcrada inkişaf etdirə, hədəflərə nail ola bilər. Güclü siyasi iradəsi olan iqtidar daha məqsədəuyğun siyasi qüvvədir, nəinki eyni iddialarla hakimiyyətə gəlmək istəyən müxalifət. 

Azərbaycan nağıllarında bir maraqlı məqam var: şah təğyiri-libas olub, əhalinin güzəranını öz gözüylə görmək, vəziyyət barədə birbaşa hali olmaq üçün ölkəni gəzir, insanlarla söhbət edir, xalqın kimdən, nədən narazı olduğunu öz qulaqlarıyla eşitmək istəyir. Təbii ki, indiki zəmanədə təğyiri-libas olmaq mümkün deyil, hamı prezidenti tanıyır, amma xalqın səsini hər zaman eşitmək, onu duymaq üçün birbaşa təmas ən yaxşı vasitə kimi bu gün də əhəmiyyətini itirməyib, yüzilliklər keçsə də, itirməyəcək. 

Bunun qarşı tərəfində təğyiri-maska, təğyiri-lider, təğyiri-Soros, təğyiri-qrant edən qrup isə radikallaşmış müxalifətdir. Onlar öz radikal təfəkkürlərini hadisələrə adekvat düşüncə istiqamətində dəyişməsələr, xalq özü bu dəfə onları birdəfəlik siyasətin uçurumundan üzüaşağı yuvarlayacaq. Qısa iplə dərin quyuya enməyə macal belə tapmayacaqlar! Nə Sorosun milyardları, nə Göbbelsin təbliğat maşını kimi gecə-gündüz dezinformasiya üyüdən “Turan Tv”-nin hay-küyü, nə bomba quraşdırılmış qum saatlarının əcəl zəngi, nə də AND-aman onları xilas edə biləcək. 

Politoloq Nəzakət Məmmədova

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Hamısı