ABŞ-ın Cənubi Qafqazda GİZLİ PLANLARI - ANALİTİKA

Analitika 17:05 13.03.2024

Görünür Amerika kəşfiyyatçıları Azərbaycan - Ermənistan qarşıdurmasının mütləq olacağına şübhə etmirlər. ABŞ-ın Milli Kəşfiyyat İdarəsi ötən gün illik “təhdid”-“təhlükə” hesabatını dərc edib. Hesabatda hazırki geosiyasi proseslərin ən mühüm aktorları (ABŞ, Şimali Koreya, Rusiya, İran və Çin), onların regional təsirləri, qarşıdurma vəziyyətindəki ölkələr və potensial münaqişə baş verə biləcək regionlar qeyd edilib.

E_uxASIJ_400x400.jpg

Bu geniş təfərrüatlı hesabatın isə maraqlı hissəsi mündəricatda yer alan “Potensial dövlətlərarası münaqişə” və “Rusiya” bölməsidir ki, orada Ermənistan-Azərbaycan münaqişəsinə dair bir sıra fikirlər qeyd edilib.
İlk öncə təfərrüatlara keçməzdən əvvəl qeyd edək ki, ABŞ-ın Milli Kəşfiyyat İdarəsi, Vaşqintonun xeyrinə məlumat toplamaq və kəşfiyyat fəaliyyətini həyata keçirmək vəzifəsi daşıyan 17 ayrı ABŞ dövlət qurumu üçün ümumi bir baza vəzifəsini daşıyır.

Hesabatın mündəricatına uyğun xronoloji ardıcıllıqla gedək.

“Rusiya - Ukrayna müharibəsi onun təsir gücünü azaldıb”

ilki.jpg

“Ermənistan, Moldova və bəzi Mərkəzi Asiya dövlətlərinin alternativ tərəfdaşlar tapmaq səyləri müharibənin hətta postsovet məkanında Moskvanın təsirini necə sarsıtdığını göstərir. Rusiyanın 2023-cü ilin sentyabrında hərbi hücum vasitəsilə Azərbaycanın Dağlıq Qarabağı etnik ermənilərdən geri almasının qarşısını almaq üçün resurslarını və siyasi kapitalını xərcləmək istəməməsi, Moskvanın Ukraynadakı müharibəsinin onun regional vasitəçi rolunun necə zəiflətdiyini göstərir”. 
Kəşfiyyatçıların iki yanlış fikri yazılan mülahizə, oxunan zaman dərhal görünür. Birincisi Azərbaycan ordusu etnik ermənilərə qarşı deyil, Ermənistanın işğaldan sonra orada məskunlaşdırdığı ordularına qarşı döyüşüb. Digər məqam isə Rusiyanın öz təsir gücünü itirməsi məsələsidir. Bu isə olduqca müzakirəyə açıq bir məsələdir. Çünki, Azərbaycan anti-terror tədbirlərindən 3 il əvvəl 2020-ci ildə Rusiya-Ukrayna münaqişəsi olmadığı bir zamanda, öz süverenliyinin bərpası mübarizəsinə başlayıb.

Hərçənd bu fikirlər müəyyən səviyyədə görməzdən gəlinə bilər, lakin hesabatın ardında qeyd edilən hissə olduqca absurd və bir-birini təkzib edən fikirlərlə doludur.

Yuxarıda qeyd etdiyim “Potensial dövlətlərarası münaqişələr” bölməsinə Azərbaycan-Ermənistan üçün xüsusi bir yer ayrılıb və orada yazılıb:

sonuncu.jpg

“Ermənistan ilə Azərbaycan arasında münasibətlər çox güman ki, gərgin olaraq qalacaq, lakin Azərbaycanın “Dağlıq Qarabağ”ı (N-K) geri alması qeyri-sabitliyi azaldıb və hərbi qarşıdurma çox güman ki, müddəti və intensivliyi ilə məhdudlaşacaq. Buna baxmayaraq, ikitərəfli sülh müqaviləsinin olmaması, hərbi qüvvələrin təmas xəttinə yaxın olması, atəşkəs rejiminə əməl etmə mexanizminin olmaması, Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır olması gündəmdə qalacaq”, qeyri – dəqiq kəşfiyyatçılar öz ittihamlarını buraya yazarkən kiçik məqamı unudublar: uyğunsuzluq. Azərbaycan aqqresor kimi göstərilir, lakin sonda əsaslandırılmır. Belə ki, burada potensial münaqişənin səbəbi olaraq “Dağlıq Qarabağın” etnik azərbaycanlılara keçməsi vurğulanıb. Maraqlıdır ki, buna uyğun olaraq isə həm də qeyd edilib ki, Azərbaycanın “Dağlıq Qarabağ”ı geri alması qeyri-sabitliyi azaldıb. 

“Üstəlik, N-K idarəçiliyinin etnik ermənilərdən azərbaycanlılara keçməsi və Azərbaycanın öz anklavı (Naxçıvan) ilə birləşdirən quru dəhlizinə çıxış tələb etməsi silahlı qarşıdurma riskini artıracaq”,  Bakının nəinki, Ermənistana hücum etmək istəyir əksinə Zəngəzur dəhlizi çərçivəsində yalnız Ermənistana deyil, bütün region ölkələrinə mühüm imkanlar təklif edib. Ələxsus İrəvan höküməti buna qarşı çıxıb və Azərbaycan işğal təhdidi deyil, Naxçıvana İran vasitəsilə - alternativ yollarla birləşməyi planlaşdırır.

“2023-cü ilin sentyabrında Azərbaycan N-K Özünümüdafiə Qüvvələrinin məğlubiyyətinə və de-fakto N-K hakimiyyətinin təslim olmasına səbəb olan hərbi əməliyyata başladı. Bölgənin əksər etnik erməni əhalisinin sürətlə köçü və hökumətin özünü dağıtmağı planlaşdırması, Bakıya, regionun Azərbaycanla inteqrasiyası planlarını irəli sürməyə imkan verdi və bu uzun müddətdir davam edən problemi ikitərəfli sülh gündəliyindən faktiki olaraq çıxardı”, deyə hesabatın sonu bitir.

ABŞ rəsmilərinin qondarma rejimi “Dağlıq Qarabağın hakimiyyəti” adlandırması, Azərbaycan ərazisində ilişib qalan Ermənistan ordusunu və ona qoşulmuş separatçı dəstələri “özünümüdafiə qüvvələri” adlandırması hərçənd təəccüb doğurur. Beləliklə, ABŞ hökuməti Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ bölgəsi üzərindəki suverenliyinə meydan oxuyur. 

Nəticə etibarı ilə onu deyə bilərik ki, bu cür hesabatların yayımlanması çox bir məna kəsb etmir. Bu kəşfiyyat idarəsi “CİA” kimi güclü bir məğz daşıyan bir təşkilat da deyil. Bir sıra media nümayəndələrinin iştirakı ilə yaradılmış bir qrupdur. Hərçənd bu, regionda münaqişənin yenidən “süni qıcıqlandırma” cəhdindən başqa bir şey deyil. Lakin bunu bilmək lazımdır ki, Azərbaycan hər zaman, hər bir təxribata cavab verməyə hazırdır. 

Əkbər Novruz

Azərbaycan şərabı dünyada niyə brend ola bilmir? - Taryel Pənahovla MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

FHN məktəblərdə və idarələrdə tədbirlər həyata keçirib
16:00 27.04.2024
Ceyranbatanda batan 13 yaşlı yeniyetmənin meyiti TAPILDI
15:43 27.04.2024
Putinin andiçmə mərasiminin tarixi məlum olub
Putinin andiçmə mərasiminin tarixi məlum olub
15:40 27.04.2024
Qızıl yenidən BAHALAŞDI
15:30 27.04.2024
İlham Əliyev Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsini TƏSDİQLƏDİ
15:20 27.04.2024
Ali Məhkəmənin hakimi özünə QƏSD ETDİ
15:10 27.04.2024
“Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək”
15:00 27.04.2024
Mərdəkan şosesində təmir aparılır
14:40 27.04.2024
Onlayn oyunlara qoşulanları feyk hesabla talayan şəxs saxlanılıb
14:20 27.04.2024
Qırğız Mədəniyyəti Günləri başa çatıb
Qırğız Mədəniyyəti Günləri başa çatıb
14:00 27.04.2024
Sabah 31 dərəcə isti OLACAQ
13:40 27.04.2024
Polis Xankəndidə əməliyyat keçirdi - VİDEO
13:19 27.04.2024
SON DƏQİQƏ: ANAMA əməkdaşı Şuşada minaya DÜŞDÜ
13:03 27.04.2024
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal QAZANDI
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal QAZANDI
12:40 27.04.2024
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA
12:32 27.04.2024
Azərbaycan şərabı dünyada niyə brend ola bilmir? - Taryel Pənahovla MÜSAHİBƏ - VİDEO
12:00 27.04.2024
Sürücülərə XƏBƏRDARLIQ: Bu yolda hərəkət MƏHDUDLAŞDIRILCAQ
11:30 27.04.2024
Fazil Mustafanın sui-qəsdçisi dövlət orqanlarına girib hamını güllələmək İSTƏYİRMİŞ
11:14 27.04.2024
Azərbaycan nefti BAHALAŞDI
Azərbaycan nefti BAHALAŞDI
10:59 27.04.2024
FIFA prezidenti "Qarabağ"ı təbrik EDİB
FIFA prezidenti "Qarabağ"ı təbrik EDİB
10:41 27.04.2024
Ermənistanın korrupsioner nazir müavini AZADLIQDA
Ermənistanın korrupsioner nazir müavini AZADLIQDA
10:31 27.04.2024
Azərbaycanda 10 saatlıq ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO
10:14 27.04.2024
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
10:07 27.04.2024
Azərbaycanda qeyri-adi kənd adları: Mırtı, Potu, Soğanverdilər... – VİDEO
09:33 27.04.2024
ABŞ Ukraynaya bu silahları GÖNDƏRƏCƏK
09:27 27.04.2024
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” – VİDEO
09:18 27.04.2024
Avtomobil oğurladı, başqa cinayətləri də üzə çıxdı...
09:00 27.04.2024
Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Hamısı