21 İyun, Cümə axşamı


Türkiyənin S-400-ləri NATO-nu qorxutdu - Təhlükə...

Münaqişələr

A- A A+
Türkiyənin S-400 zenit raket kompleksləri alması NATO-nu ciddi şəkildə narahat edir.
 
Bunu jurnalistlərə açıqlamasında NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavel söyləyib. Onun sözlərinə görə, S-400 NATO texnologiyalarına uyğun gəlmir:
 
"Buna görə də Rusiya kompleksləri alyansın havadan müdafiə sisteminə inteqrasiya edilməyəcək, əksinə ayrıca vahid kimi istifadə olunacaq. Əsas problem operativ informasiyalarla bağlıdır. Belə ki, NATO-ya aid olan informasiyalar Rusiyanın sistemlərində qalacaq. Digər tərəfdən S-400-ün istifadəsi üçün müəyyən hazırlıq lazımdır. Buna görə də rusiyalı mütəxəssislər Türkiyəyə gələcək. Bu ekspertlər mühüm kəşfiyyat məlumatlarına giriş əldə edə bilərlər. Bu isə sonda Rusiya hökumətinə təqdim edilə bilər".(axar.az)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...