22 İyun, Cümə


Əsəd yeni soyqırım törədəcək - Hazırlıqlar başladı

Münaqişələr

A- A A+
Suriyada müxaliflərin nəzarətində olan Şərqi Quta bölgəsində BMT Təhlükəsizlik Şurasının bir aylıq atəşkəs qərarına məhəl qoymayaraq, havadan və qurudan əməliyyatlar təşkil edən Bəşər Əsəd rejimi dinc sakinlərə qarşı kütləvi qətliam hazırlıqlarına başlayıb.
 
Bu məqsədlə rejim və müttəfiqləri paytaxt Dəməşqin şərqindəki hərbi bazaya kütləvi qırğın və kimyəvi silahlar göndərib.
 
Məlumatlara görə, rejim qüvvələri L39 Albatros qırıcıları ilə gecə saatlarında dinc sakinlərə hücum edib. Hadisə zamanı çoxu azyaşlı olmaqla 28 nəfər həlak olub.
 
Bu arada, müxaliflərin nümayəndəsi Həmzə Birkdar Şərqi Qutanı tərk etməyəcəklərini bildirib. (teleqraf.com)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...