Türkiyənin Hakkari bölgəsinin Şəmdinli mahalında ordu ilə PKK terrorçuları arasında şiddətli qarşıdurma baş verib.
Baş verən qarşıdurma zamanı 2 terrorçu öldürülüb, 1 terrorçu isə sağ ələ keçirilib.
Bölgəyə əlavə qüvvələr və hücum helikopteri cəlb olunub. Terrorçuların təqibinə başlanılıb.