Əfqanıstanın Nanqarhar əyalətində kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb, 65 nəfər yaralanıb.
Bu barədə "Pajvak" agentliyi məlumat yayıb.
Bundan əvvəl terror aktı nəticəsində 26 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilib.
İŞİD terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
***
Əfqanıstanın Nanqarhar əyalətində kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində 26 nəfər ölüb, 50-dən çoxu xəsarət alıb.
“Tolo News”un verdiyi xəbərə görə, İŞİD terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Partlayış taliblərin və təhlükəsizlik orqanlarının nümayəndələrinin birgə tədbirində terrorçu-kamikadze tərəfindən törədilib.