Liviya Hava Qüvvələri Ras Lanuf şəhərindən Sirteyə qədər olan bölgədə mövqe tutmuş radikal qruplaşmaları bombardman edib.
Bu barədə Liviya ordusunun sözçüsü, general Əhməd əl-Mismari məlumat yayıb.
Ordu ölkənin mərkəzindəki neft limanları uğrunda əməliyyat başladıb və qısa müddətdə Ras Lanuf və Sidra limanları ələ keçirilib.