Türkiyə Silahlı Qüvvələri Münbiçdə YPG/PKK terrorçularına qarşı apardıqları əməliyyatın ikinci mərhələsinə başlayıblar.
Türk ordusuna məxsus zirehli avtomobillər Fərat Qalxanı hərəkatı bölgəsindən Cerablus rayonu ilə Münbiçi bir-birindən ayıran Sacu çayı yaxınlığına yerləşiblər.
Türkiyə hərbçiləri ilə birlikdə ABŞ qüvvələri Dadat rayonunda fəaliyyətini davam etdirir.
Əməliyyatın ilk mərhələsi iyunun 18-də başlayıb.