Bu gün iyunun 24-də İsrail müdafiə ordusu Suriya tərəfdən havaya qalxan və İsrailin nəzarətində olan ərazilərə tərəf uçan pilotsuz aparata “Petriot” hava hücumundan müdafiə sistemindən raket buraxıb. İsrail ordusunun yaydığı məlumata əsasən raket hədəfə dəməyib. Kiçik qabaritli dron Suriyanın hava məkanına geri qayıdıb. İsrail ordusu bildirir ki, ölkənin hava məkanına hər hansı müdaxiləyə yol verməyəcək.
“Petriot” raketinin buraxılmasını İsrail ərazisində Tsfata bölgəsinin sakinləri görüblər. Onların sözlərinə görə səmada raketin izi görünüb. Ehtimal edilir ki, Suriya tərəfdən buraxılan dron ya İran, ya Rusiya tərəfindən Əsəd rejiminə verilib. Bundan əvvəl İsrail İran pilotsuz təyyarəsinin Golan təpələri üzərində görünməsinə cavab olaraq Suriya ərazisində İran obyektlərinə güclü aviazərbələr endirmişdi.
Suriya rejimi bildirib ki, pilotsuz aparata ordunun Əl-Kuneytra bölgəsində keçirdiyi əməliyyatları dəstəkəmək üçün qaldırılıb və aparat bazaya geri qayıdıb.