İsrail ordusu Suriyadakı “Tifor” aviabazasını hədəf alsa da, Suriya müdafiə sistemləri hücumun qarşısını alıb.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Hücumla bağlı əlavə məlumat verilməyib.
***
Suriyanın havadan müdafiə sistemləri “Tifor” aviabazasına hücum edən İsrailə məxsus qırıcını vurub.
Bu barədə SANA məlumat yayıb.
Hücumda İsrailə məxsus bir neçə raketin də vurulduğu deyilib.