Husi qiyamçıları Səudiyyə Ərəbistanının cənubundakı Cizan şəhərinə raket atıb.
Bu barədə Ərəb koalisiyasının mətbuat katibi polkovnik Turki əl-Maliki bildirib.
Onun sözlərinə görə, raket Yəmənin qiyamçıların nəzarətində olan bölgəsindən buraxılıb. Raket krallığın havadan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.