Bu gün İdlibdə qəbilə başçıları bir araya gələrək, Rusiya və Əsəd ordusunun əməliyyatı ilə bağlı toplantı keçiriblər.
Qəbilə başçıları son vəziyyəti müzakirə edərək, bir sıra qərarlar qəbul ediblər.
CNN Türk kanalının əməkdaşının məlumatına görə, qəbilə başçılarının qərarlarından biri İdlibi tərk etməmək barədədir: "Onların digər qərarı isə müqavimət göstərməklə bağlıdır. Qəbilə başçıları İdlibə hücum olacağı təqdirdə, Əsəd ordusu ilə son ana qədər döyüşəcəklərini bildiriblər". (teleqraf)