ABŞ Müdafiə Nazirliyi Suriya ərazisində fosforlu bombalardan istifadə etməyib.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şon Robertson deyib.
“Biz hazırda ağ fosfordan istifadə ilə bağlı hansısa məlumat əldə etməmişik. Bizim bölgədəki hərbi birliklərimizdən heç biri fosforlu silahlara sahib deyil”, - o bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Suriyanın Deyr əz Zor vilayətinə fosforlu bombalar atması haqqında məlumat yaymışdı.