Ərzaq məhsullarının qiymətinin dayanmadan qalxması və Yəmən milli pul vahidinin dəyərdən düşməsi insanları qıtlıq ilə üzləşdirir. Bu barədə Eurasia Diary "BBC"yə istinadla xəbər verir
Yəməndə baş verən münaqişələr ölkə iqtisadiyyatına ciddi zərbə vurur. Ölkənin əsas limanı olan Hudayda şəhərindəki döyüşlər ölkəyə məhsulların idxal olunmasına maneələr yaradır.
Qeyri hökumət təşkilatlarının verdiyi məlumata görə 5.2 milyon uşaq Yəməndə aclıq çəkir.
2015-ci ildən bəri Yəməndə şiddətli döyüşlər başlayıb. Bu müharibənin əsas zərəçəkənləri isə sadə əhalidir. Müəllimlər daxil omaqla bir çox dövlət işçiləri öz məvaciblərini vaxtlı vaxtında ala bilmirlər.
Müharibə başlayandan qida məhsullarının qiyməti 68% bahalaşıb və Yəmən Riyalı 180% ucuzlaşıb.
“Uşaqları Qoruyaq” beynəlxalq təşkilatı Yəmən xəstəxanasında olanda uşaqların aclıq çəkdiyini və necə arıq olduğunu bildirib.
2018-ci il hesabatına görə 400 min 5 yaşdan aşağı uşaq qidasızlıqdan əziyyət çəkilir. İlin sonuna qədər isə 36 min uşaq həyatını itirə bilər.