Əfqanıstanın mərkəzi hissəsindəki Qəzni vilayətində radikal "Taliban" hərəkatının silahlıları ilə toqquşmalarda güc strukturlarının 10-dan çox əməkdaşı ölüb.
Bu barədə Eurasia Diary RİA "Novosti"yə istinadən məlumat verir.
Belə ki, Hoqyani mahalında silahlıların blokposta hücumu nəticəsində 8 əfqan əsgər ölüb, 3 nəfər yaralanıb.
Malistan mahalında taliblərlə baş verən atışma zamanı isə 5 polis əməkdaşı ölüb.
Hüquq-mühafizə orqanları silahlılar arasında onlarla ölən və ya yaralananın olduğunu bildirib.
Qeyd edək ki, xüsusən də seçkilərdən sonra Talibanın Əfqaqanıstandakı siyasi və hərbi üstünlüyü daha əyani bir şəkildə müşahidə edilir.