Əfqanıstanın Herat əyalətinin Kohsan dairəsinin qubernatoru partlayış nəticəsində həlak olub.
Bu barədə Eurasia Diary RİA "Novosti"yə istinadən xəbər verir.
Yerli Tolo News telekanalının məlumatına görə, qubernator Hacı Əmir Hafbala şənbə günü həlak olub. Partlayış onun ofisində baş verib.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil. Regionda fəaliyyət göstərən heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.