Türk Silahlı Qüvvələrinin (TSK) Şimali İraqda yaratdığı hərbi hissələrin sayı açıqlanıb.
Eurasia Diary teleqraf.com-a istinadən xəbər verir ki, “Terroru yerində zərərləşdirmək və təhlükəsizlik zolağı qurmaq” konsepsiyasına uyğun olaraq TSK ötən ilin mart ayından bu günə qədər Şimali İraqda qurduğu hərbi bazaların sayını 15-ə çatdırıb.
Son aylar TSK İraqda 3 hərbi hissəsi qurub.
Bununla da TSK Şimali İraqın daxilinə 30 kilometr qədər irəliləmiş olub.
TSK-nın Şimali İraqda qurduğu təhlükəsizlik zolağı PKK-nın həm Türkiyəyə sızması, həm də Qəndil dağlarında lojistik dəstək almasını önləyəcək.
Son xəbərlərə görə, TSK-nın bölgədə qurduğu bazalar səbəbindən yüzlərlə terrorçu Qəndil dağlarına qayıtmaq məcburiyyətində qalıb.