Yəməndə döyüşən tərəflər yaxın zamanda İsveçdə bir araya gələcək.
Eurasia Diary xəbər verir ki, bu sözləri BMT-nin Yəməndəki səfiri Martin Qriffits deyib. O bildirib ki, tərəflər girov mübadiləsi ilə bağlı razılaşmanı imzalayacaq:
“Yəməndəki böhran uzun müddətdir ki, unudulub. İqtisadiyyat çöküb, insanlar adi xəstəliklərdən dünyasını dəyişir. Humanitar yardımların daxil olduğu Hodeyda şəhərində də qızğın savaşlar gedir”.