Türkiyənin İranla sərhəddə yerləşən İğdır vilayətinin Aralık yaşayış məntəqəsində PKK silahlıları ilə türkiyəli hərbçilər arasında atışma olub.
Eurasia Diary-nin məlumatına görə, insident PKK terrorçularının hərbi hissələrdən birini minaatanlardan atəşə tutmasından sonra qeydə alınıb.
Atışma nəticəsində bir hərbçi şəhid olub, ikisi yaralanıb.
Türkiyə Silahlı Qüvvələri ərazidə PKK terrorçularının məhv edilməsi üzrə əməliyyata başlayıb.