ABŞ liderliyindəki anti-İŞİD Koalisiya Qüvvələri Suriyanın Deyrizor şəhərində bir məscidi bombardman edib.
Eurasia Diary xəbər verir ki, məscidin İŞİD tərəfindən nəzarət mərkəzi kimi istifadə edildiyi iddia olunub.
Məsciddə kiminsə olub-olmadığı barədə məlumat verilməyib.
Qeyd edək ki, keçən ay koalisiya qüvvələrinin Heccin bölgəsində bir məscidi bombalaması nəticəsində çoxlu sayda insan həlak olmuşdu.