Əfqanıstanın Loqar bölgəsinin valisi Məhəmməd Ənvər İshaqzeyin maşın karvanına hücum edilib.
Eurasia Diary xəbər verir ki, bu barədə Loqar polis şöbəsinin sözçüsü Şapur Əhmədzey danışıb.
Onun sözlərinə görə, avtomobil karvanına partladıcı yerləşdirilmiş digər bir maşınla hücum edilib. Hadisə nəticəsində valinin 8 cangüdəni dünyasını dəyişib, daha 10 cangüdən yaralanıb.