Suriyanın idarə oluna bilən raketləri İsrail torpaqlarının istənilən nöqtəsinə çata bilər.
Eurasia Diary xəbər verir ki, bu sözləri istefada olan suriyalı general Rza Şəriki deyib.
O bildirib ki, Suriya raketləri yüksək imkanlara sahibdir və Yaxın Şərqdə genişmiqyaslı müharibələr üçün hesablanıb:
“Raketlərimiz İsrailin “Dəmir Qübbə”sini məhv etməyə qadirdir. Raketlər gizli yerlərdə saxlanılır ki, İsrailin hava hücumları nəticəsində məhv edilməsin”.