Bu gün səhər saatlarında İranın cənub-şərqində, Sistan və Bəluçistan vilayətinin Nikşəhr rayonunda Bəsic Qüvvələrinin bazasına terror hücumu olub.
Euasia Diary xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Qüds qərargahının İctimai əlaqələr şöbəsindən "Mehr" informasiya agentliyinə bildirilib.
Məlumata əsasən terrorçuların bazaya hücumu nəticəsində "Sepah"ın bir nümayəndəsi ölüb, 5 nəfər yaralanıb.