“Qarabağ ermənilərilə dil tapmaq vacibdir” Umud Mirzəyev sülh imkanlarından danışır

Münaqişələr 18:00 05.02.2019

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra xalqların sülhə hazırlanmasıyla bağlı verilən bəyanat sülh məsələsini və xalqalrarası dialoq mövzsusunu aktuallaşdırıb.

Məsələylə bağlı Eurasia Diary-yə açıqlama verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Mətbuat Şurasının sədr muavini Umud Mirzəyev bildirib ki, sülh region xalqları üçün zərurətdir, bu, mütləq olmalıdır: “Region xalqları, əvvəllər olduğu kimi, yenidən birgə yaşamalı və bir-biriylə əlaqələrini genişləndirməlidir. Xalqlar münaqişədən yorulublar. Müharibənin bütün ağırlığı, hər zaman olduğu kimi, yenə də xalqların üzərinə çöküb. Azərbaycan xaqlı daim sülhpərvər və tolerant xalq olub, bugün də belədir. Ermənilər də sülhə can atırlar. Ötən günlərdə Ermənistanda keçirilən bir sorğuda vətəndaşların böyük əksəriyyətinin sülhə tərəfdar olduğu üzə çıxdı. Həmçinin Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Nəzərə almaq lazımdır ki, Qarabağ probleminin həllindən sonra onlar yenidən azərbaycanlılarla birgə yaşayacaqlar. Onlarla dil tapmaq vacibdir”.

 

Beynəlxalq institutların Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyini xüsusi vurğulayan müsahibimiz bildirdi ki, beynəlxalq qurumlar kənarda durub problemin həllini münaqişədə olan iki dövlətin üzərinə yıxıblar: “Ancaq burada mediator amilinin olması başlıca şərtdir. Etnik zəmində və ərazi iddiaları əsasında yaranmış münaqişənin həllini tərəflərin öhdəsinə buraxmaq olmaz. Burada münaqişədə olan tərəflərdən hər biri yalnız öz milli maraqlarını müdafiə edir və heç bir vəchlə güzəştə getmək istəmir. Ona görə də beynəlxalq insitutların münaqişənin həllində daha intensiv çalışması zəruridir. Çünki regionda baş verən münaqişə yalnız tərəflərin problemi deyil. Xocalıda və digər ərazilərdə törədilən qırğınlar bütün bəşəriyyətə utanc gətirən faktlardır. Ona görə də düşünürəm ki, ən qısa vaxtda beynəlxalq təşkilatlar konkret addımlar atmalı və BMT, ATƏT və AŞPA-nın məsələylə bağlı qəbul etdiyi qətnamələrə tərəflərin əməl etməsini təmin etməlidir”.

Böyük güclərin münaqişəyə təsiri məsələsinə gəlincə, U. Mirzəyev bildirir ki, problem regiona kənardan gətirilib. Münaqişənin ərazi iddialarından və münasibətlərdəki gərginlik səviyyəsindən müharibə səviyyəsinə keçməsi də böyük güclərin təsiriylə birbaşa bağlıdır: “Bu gün böyük güclər gözləmə mövqeyindən vaz keçməli və tərəfləri sülhə çağırmalıdırlar. İllərdir sözügedən güclər münaqişənin vəziyyətinə və xalqların taleyinə biganə yanaşırlar. Halbuki problemin həlli daha çox onlardan asılıdır”.

Müsahibimizin sözlərinə görə, Azərbaycanın mediator amili olmadan Ermənistanla danışıqlarda uğur qazanması mümkün deyil. Çünki Ermənistan müstəqil dövlət deyil, forpost ölkədir. Ondan münaqişənin həlliylə bağlı müstəqil iradə gözləmək olmaz. Məhz bu səbəbdən probemin həlli illərdir yubanır.

Sonda Qərbdən daha çox hiss edilən “ikili standartlar” məsələsinə toxunan U. Mirzəyev diqqətçəkən fakta toxundu: “Bir neçə gün öncə Ermənistandakı həbsxanaların birində erməni jurnalistin aclıq aksiyası nəticəsində dünyasını dəyişməsilə bağlı təəssüflər olsun ki, beynəlxalq ictimayətdən konkret bir reaksiya görmədik. Ancaq Azərbaycanda bir jurnalistin həbs edilməsi belə deyil, haqqında cinayət işinin açılması Qərbdəki bəzi qüvvələri “narahat edir”. Təbii ki, bu, ikili standarta bariz nümunədir. Biz bu ikili standartı və tərəfli yanaşmanı Qarabağ münaqişəsiylə bağlı da müşahidə edirik. BMT-nin, ATƏT-in və AŞPA-nın Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə edən qətnamələr qəbul etməsinə baxmayaraq, hələ də bu qətnamələrə əməl edilmir”.

 

Bu cür ikili standart siyasətinin səbəbini U. Mirzəyev belə izah edir: “Böyük güclərin Ermənistandan ala biləcəkləri heç nə qalmayıb, Azərbaycandansa almaq istədikləri, ancaq ala bilmədikləri çox şey var. Unutmaq olmaz ki, Azərbaycan təbii sərvətlərinə görə regionun ən zəngin dövlətidir”.

 

 

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
Hamısı