Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində ölənlərin sayı 40-a çatıb | Eurasia Diary - ednews.net

21 Mart, Cümə axşamı


Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində ölənlərin sayı 40-a çatıb

Münaqişələr A- A A+

Yeni Zelandiyada Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində 40 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern deyib.

Baş nazir bu hadisəsinin terror aktı olduğunu bildirib.

***

Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məscidə silahlı hücum olub.

Eurasia Diary “Gazeta.ru”ya istinadən xəbər verir ki, terror aktları nəticəsində 27 nəfər ölüb.

Məlumata görə, 1 nəfər saxlanılıb. Lakin, silahlı şəxslərin daha çox olduğu bildirilir.

Hadisənin baş verdiyi ərazilər nəzarətə götürülb. Hazırda polislər genişmiqyaslı əməliyyat keçirir.

***

TASS agentliyinin verdiyi məlumata görə, silahlılar Əl-Nur və Linvud Məscid məscidlərinə hücum ediblər. Ən az 30 yaralının olduğu deyilir.

Məlumata görə, iki məsciddə ümumilikdə 500-ə yaxın adam olub.

***

“İnterfaks” xəbər verir ki, Yeni Zelandiya polisi hücumda şübhəli bilinən 4 nəfəri saxlayıb. Onlardan üçünün kişi, birinin isə qadın olduğu bildirilir.



 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...