Ermənistan Silahlı Qüvvələri bu gün, təxminən 13:50 radələrində Ağdam rayon Çıraqlı kəndini atəşə tutub.
Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, 15-20 dəqiqə ərzində davamlı olaraq atılan güllələr istinad və yaşayış evlərinin divarlarına dəyib. Mülki əhali arasında yaralanan və zərər çəkənlər yoxdur.
Düşmən cavab atəşi ilə susdurulub. Hazırda vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır.