ABŞ İsrailə 260 milyon dollar dəyərində idarə olunan bomba avadanlığının satışını dayandırıb.
Ednews Independent.com-a istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərinin “terrorçuların keçidi üçün istifadə edildiyini” və bu səbəbdən bölgədə əməliyyat keçirdiyini iddia edib.
İsrail Müdafiə Qüvvələrindən (IDF) bu gün verilən açıqlamada, "Rəfahın şərqindəki sərhəd qapısının terrorçular tərəfindən istifadə edildiyini göstərən kəşfiyyat məlumatlarına uyğun olaraq bölgədə əməliyyat keçirildiyi" iddia edilib.
Açıqlamada bazar günü Rəfah sərhəd qapısı yaxınlığında, Qəzza zolağı ilə İsrail arasındakı Kerem Şalom sərhəd qapısına doğru hücumun təşkil edildiyi, hadisə nəticəsində 4 İsrail əsgərinin şəhid olduğu, 3 əsgərin yaralandığı xatırladılıb.
Nicat