Ukraynada sülhə gedən yol Rusiya ilə danışıqlardan deyil, döyüş meydanından keçir.
Ednews xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb alman qəzeti "Frantfurter Allgemeine" qəzetinə şərhində bildirib.
Aleksandr Stubb gələn il Ukraynaya sülhün gələcəyinə ümid edir. Jurnalistdən Finlandiya Rusiya Federasiyasına yaxın olduğuna görə özünü təhlükə hiss etmirmi sualına ölkə başçısı mənfi cavab verib. Stubbın fikrincə, Helsinkidə rahatlıq üçün üç şey var:
◾️milli müdafiə, o cümlədən 900.000 təlim keçmiş kişi və qadın, müasir uzaqmənzilli silahlar, güclü artilleriya, döyüş təyyarələri;
◾️NATO üzvlük;
◾️təhlükəsizlik və müdafiə sahəsində çoxlu sayda ikitərəfli müqavilələr.
Qeyd olunur ki, prezidentin oğlu da Finlandiya ordusunda xidmət edir.
Əkbər Novruz