Ajda Pekkan Bakıda pendir-çörək yedi - VİDEO - FOTOLAR | Eurasia Diary - ednews.net

23 İyul, Bazar ertəsi


Ajda Pekkan Bakıda pendir-çörək yedi - VİDEO - FOTOLAR

Mədəniyyət

A- A A+
Türkiyənin məşhur pop ulduzu Ajda Pekkan Bakıya gəlib.
 
Bu barədə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova sosial şəbəkədə məlumat paylaşıb.
 
“Nargis” jurnalının 5 illiyi münasibətilə yanvarın 13-də Heydər Əliyev Sarayında solo konserti nəzərdə tutulan Ajda Pekkan bu gündən etibarən Bakını ziyarətə başlayıb. İlk növbədə Tarqovı küçəsini gəzən müğənni “Soyuq əllər isti ürək” xeyriyyə yarmarkasına da baş çəkib, pendirlə təndir çörəyi yeyib.
 
Ajda Pekkan Bakıya gəlişinə görə şad olduğunu bildirib: “Çünki Bakı üçün çox darıxmışam. Gələr-gəlməz mənə gözəl sürprizlər edildi. Azərbaycanlılar çox qonaqpərvərdir. “Nargis” jurnalı ilə tanış oldum, Bakını gəzməyə çıxdıq”, - deyə türkiyəli ulduz qeyd edib.
 
Xatırladaq ki, Ajda Pekkan axırıncı dəfə 5 il əvvəl Bakıda olub.
 
1

1

1

1

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...