Türkiyəli müğənni Kənan Doğulu Bakıya gəlib.
Sənətçi ötən gün Bakı Konqres Mərkəzində konsert verib.
Doğulu səhnəyə əlində Azərbaycan və Türkiyə bayrağı olan qızların müşayiəti ilə çıxıb. Bir-birinin ardınca sevilən mahnılarını səsləndirən sənətçi tamaşaçılarla söhbətlərdə edib. Doğulunu dinləməyə gələnlər arasında sənət adamları da yer alıblar.(axşam.az)