Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Son iclas” filminin treyleri təqdim edilib.
Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə Bakı Media Mərkəzinin çəkdiyi filmin premyerası mayın 28-də baş tutacaq.
Qeyd edək ki, filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Filmin ssenarisi Cümhuriyyət parlamentinin 1920-ci il aprelin 27-də keçirilmiş son iclasının stenoqramı əsasında hazırlanıb.