Cari il 6-10 sentyabr tarixlərində Özbəkistanın Şaxrisabz şəhərində makom sənəti üzrə Beynəlxalq forum keçiriləcəkdir. Tədbirdə tanınmış xarici musiqişünas-alimlər və tədqiqatçılar, Özbəkistanın populyar ifaçıları və aparıcı mütəxəssisləri iştirak edəcəklər.
Forum UNESCO-nun himayəsi altında baş tutacaqdır. Beynəlxalq tədbir çərçivəsində "Makom musiqisi sənəti və dünya sivilizasiyasında yeri" mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir.
Tədbir Oksaroy meydanı və ona yaxın ərazilərdə keçiriləcəkdir. Tədbir zamanı makom sənətinə həsr olunmuş sərgilər, milli musiqi alətlərin və geyimləri, sənətkar ustaların əl işləri, təsviri və tədbiqi sənət əsərlərin, audio və video disklərin, kitabların, albom və rəmmlərin nümayişi və satışı keçiriləcəkdir.
Beynəlxalq forum milli makom sənəntinin unikal nümunələrinin geniş təbliğinə, qorunması və inkişafına imkan yaradacaqdır.
Bununla yanaşı iki ildən bir keçiriləcək bu beynəlxalq tədbir müxtəlif millətlərin qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsi, yaradıcılıq həmkarlığının və mədəni-mənəvi ələqələrinin beynəlxalq səviyyədə genişləndirilməsinə yönəlmişdir.
Forumda Azərbaycan nümayəndə heyəti iştirak edəcək.