Bu gün Azərbaycanlı aktyor, rejissor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın Xalq Artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin ad günüdür.
Yaşar Nuri 1951-ci il 3 Sentyabrda Bakıda dünyaya göz açıb. Bir çox teatr və filmlərdə oynadığı rollarla xalqın rəğbətini və sevgisini qazanıb. Unudulmaz aktyor "Yol əhvalatı", "Bəyin oğurlanması", "Yaşıl eynəkli adam", "Evləri köndələn yar", "Bağışla" və s. filmərdə rol alıb.