Məşhur amerikalı aktyor, ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı oğlu Kristofer Louford 63 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə TMZ jurnalı məlumat yayıb.
Jurnal aktyorun meyitinin yoqa studiyasında tapıldığını yazıb.
Onun təbii səbəblərdən öldüyü bildirilir.
Qeyd edək ki, Kristofer Louferd “Terminator-3: Maşınların qiyamı”, “Larri Kinqlə canlı efirdə” kimi film və seriallarda oynadığı rollarla məşhurlaşıb.