2018-ci ilin noyabr ayının 3-dən 6-nadək Misirin Şarm əl-Şeyx şəhərində Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri Əbdul Fəttah əl-Sisinin himayəsi altında və iştirakı ilə II Dünya Gənclər Forumu təşkil olunacaq.
Azərbaycan ictimaiyyətində nüfüza malik və müxtəlif sahələrdə müstəsna əməyi olan azərbaycanlı gəncləri dünyanın ən nüfuzlu forumlarından biri olan bu forumda iştirak etməyə dəvət edirik.
Qeyd edək ki, əlavə məlumat almaq və forumda iştirak etmək istəyənlər forumun elektron ünvanında(wyfegypt.com) qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçən hər kəsdən Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə (012-561-12-17) müraciət etmələri xahiş olunur.