Azərbaycanlı xanəndə beynəlxalq muğam forumunun birincisi olub

Mədəniyyət 12:56 11.09.2018
Özbəkistanın Şəhrisəbz şəhərində UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq muğam (makom) sənəti forumu başa çatıb.
 
Forumda dünyanın 73 ölkəsindən gələn 300-dən artıq musiqiçi-xanəndələr, musiqiçi alimlər, muğam sənətinin tədqiqatçıları, ölkənin tanınmış makom ifaçıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
 
Forumun qonaqları arasında Türkiyənin mədəniyyət və turizm nazirinin birinci müavini Axmad Xaluku Dursun, Rusiya prezidentinin müşaviri Vladimir Tolstoy, Qırğızıstan prezidentinin müşaviri Sultan Rayev, Qazaxıstanın mədəniyyət və idman naziri Astanbek Muxammediuli, Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekzoda da olub.
 
Bu musiqi bayramında ölkəmizi Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Milli Konservatoriyanın dosenti Fəxrəddin Baxşəliyev, Azərbaycanın Əməkdar artisti, bu il Səmərqənddə keçirilən "Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi, "Muğam” instrumental qrupunun rəhbəri Sahib Paşazadə, Əməkdar artist Nigar Şabanova və gənc xanəndə Abgül Mirzəliyev və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov daxildir.
 
Azərbaycandan gələn xanəndələr muğam, xalq mahnıları və təsniflərimizi ifa edib, onların ifaları alqışlarla qarşılanıb.
 
Forumun baş mükafatı "Qran-Pri” Tacikistan Muğam Akademiyasına verilib.
 
Birinci yeri "Heyratı” qrupunun solisti Nigar Şabanova və Özbəkistanın "Sakil” ansamblı tutub. İkinci yerə İran və Hindistan musiqiçiləri layiq görülüb. Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri üçüncü yerə sahib olub.
 
Forum çərçivəsində "Muğam sənəti və onun dünya sivilizasiyasında yeri” mövzusunda elmi-praktik konfrans da keçirilib.
 
Konfransa 20 ölkənin musiqiçi alimləri qatılıb. Lalə Hüseynovanın "Azərbaycan muğamı bu gün: ifa və interpretasiya məsələləri”, Fəxrəddin Baxşəliyevin isə "Şərq muğam sistemində temperasiya məsələləri” mövzularındakı məruzələri maraqla dinlənilib.
 
Lalə Hüseynova Forumdakı çıxışında bildirib ki, son illər ölkəmizdə dövlət səviyyəsində muğam sənətinə böyük dəyər verilir. Ölkəmizdə muğam sənəti hazırda görkəmli və istedadlı gənc xanəndələrimiz tərəfindən yaşadılır.
 
Forumun mədəniyyətlərin yaxınlaşmasına xidmət etdiyini söyləyən Fəxrəddin Baxşəliyev deyib ki, belə tədbirlər vasitəsilə bir daha dünyaya öz musiqimizi təqdim edə bildik.
 
Forum çərçivəsində yerli və xarici ifaçıların solo muğam konsertləri olub. Burada muğam sənətinə həsr olunan sərgilər təşkil edilib, milli musiqi alətlərinin və geyimlərin, sənətkarların əl işlərinin, təsviri və tətbiqi sənət əsərlərinin, audio və videodisklərin, kitabların, albomların, fotoların nümayişi və satışı keçirilib.
 
Konfrans çərçivəsində "Buxara şaşmakomi”, "Özbək muğamları” və "Xarəzm dutar muğamları” kitablarının təqdimatı da olub.
 
Forumun yekunu ilə bağlı keçirilən mətbuat konfransında fəxri qonaqlar öz ölkələrində muğam sənətinə verilən dəyərdən danışıblar. Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə muğam sənətinə göstərilən qayğıdan söhbət açıb. Nazir deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə çoxsaylı mədəniyyət tədbirləri keçirilir, iki ildən bir Beynəlxalq Muğam Festivalı təşkil edilir. Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə Muğam sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.  
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Azərbaycan Premyer Liqası: "Neftçi" səfərdə "Qəbələ"ni məğlub edib
19:40 29.03.2024
Qubadlı torpağı Qətərə aparıldı - VİDEO
19:28 29.03.2024
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
19:21 29.03.2024
Stressdən necə azad olaq? - ARAŞDIRMA
19:00 29.03.2024
“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib - VİDEO
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib - VİDEO
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Hamısı