Eurasia Diary, “MSN Haber”-ə istinadən xəbər verir ki, İsrail beynəlxalq təzyiqlərdən sonra “Avroviziya” mahnı müsabiqəsinin Qüdsdə deyil Təl-Əvivdə keçirilməsini qəbul edib.
İsrail Qüdsü öz paytaxtı kimi tanınmasını həyata keçirmək üçün 200 milyon insanın izlədiyi bu müsabiqənin Qüdsdə keçirilməsi təklifini irəli sürmüşdü.
Lakin, Avropa Yayım Birliyi siyasi motivli bu addımı rədd edilməsini tələb etdi. Portuqaliyada yarış qalibi olan İsrailli müğənni Netta Barzilai “Ölkəmi çox sevirem, Bu səfər Qüdsə”, - deyə söyləmişdi.
Ümumilikdə Avroviziya müsabiqəsi paytaxt şəhərlərində keçirilir. Amma, İsrailin bu iddiası yarışa uyğun hesab edilmir.
Qeyd edək ki, Avroviziya 1979 və 1999-cu illərdə Qüdsdə keçirilib.