Avropa, Asiya və Amerlkadan olan kino ekspertlərindən ibarət münsiflər heyətinin rəyi nəticəsində CULT CRITIC MOVIE AWARDS 2018 Jan Lük Qodar mükafatına layiq görülmüşdür. Yarışmada 70 (yetmiş) ölkənin filmləri iştirak edirdi.
FEATURE FILM
“STEPPE MAN “
Directed by Shamil Aliyev
Produced by Mushfig Hatamov
(AZERBAIJAN)
Eurasia Diary xəbər verir ki, təqdimetmə mərasimi 2018-ci ilin sentyabr ayının 16-da Hindistanın Kolkata şəhərindəki Rotary Sadan mərkəzumdə keçirilmişdir.
Şamil Əliyevin “ÇÖLÇÜ” Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “AZƏRBAYCANFİLM” Kinostudiyasında 2012-ci ildə istehsal olunmuşdur. Şamil Əliyevin “ÇÖLÇÜ” bədii filmi 5 (beş) Qitəni əhatə edərək 38 (otuz yeddi) Beynəlxalq Kino Festivallarında iştirak etmiş, bir sıra mükafatlara layiq ğörülmüşdür. Bu festivallar A və B kateqoriyalı festivallardır. Festivallar çərçivəsində iştirak etdiyi ölkələrin siyahısına ABŞ, ALMANİYA, İNGİLTƏRƏ, AVSTRALİYA, BİRLƏŞMİŞ KRALLIQ, İTALİYA, İSPANİYA, SERBİYA, RUSİYA, ÇEXİYA, MİSİR, İNDONEZİYA, HİNDİSTAN, TÜRKİYƏ, QAZAXISTAN, TACİKİSTAN, BANQLADEŞ, UKRAYNA, ESTONİYA daxildir.
“ÇÖLÇÜ” filmi 8 (səkkiz) dəfə ƏN YAXŞI BƏDİİ FİLM MÜKAFATLARİNA, 3 dəfə (üç) ƏN YAXŞI REJİSSOR İŞİNƏ GÖRƏ, ƏN YAXŞI SSENARİ, ƏN YAXŞI QADIN OYUNÇU, YARADICILIQ AXTARIŞLARINA GÖRƏ, JÜRİNİN XÜSUSİ DİPLOM və MÜKAFATLARINA, HÜMAY MİLLİ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...