Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində “Avroviziya-2018” uşaq mahnı müsabiqəsində Azərbaycanın iştirakına dair təqdimat mərasimi keçirilib.
Eurasia Diary xəbər verir ki, Azərbaycan noyabrın 25-də Belarusun paytaxtı Minskdə keçiriləcək və iyirmi ölkənin çıxış edəcəyi yarışda Fidan Hüseynovanın “Sənin kimi olmaq” (I wanna be like you) mahnısı ilə təmsil olunacaq.
Mahnının müəllifi tanınmış bəstəkar İsa Məlikovdur. Musiqinin sözləri Azərbaycan dilində Aytən İsmixanovaya, ingilis dilində Elvira Miçiyevaya məxsusdur.