“Fendi” lüks geyim brendinin reklam çarxında Azərbaycan mahnısından istifadə olunub.
Eurasia Diary xəbər verir ki, adıçəkilən brendin yeni "Fendimania" reklam çarxı dünən təqdim olunub. Reklam çarxında istifadə olunan bəstənin azərbaycanlı ifaçıya aid olması sosial şəbəkələrdə böyük maraq oyadıb.
Məlum olub ki, reklamda səsləndirilən “Bir gün mənə rəhmin gələcək” misraları Özbəkistanın Xalq artisti Nəsibə Abdullayevanın "Fəridəm" adlı mahnısındandır.