“Aman Tello”nun Azərbaycana məxsusluğunu sübut edən FAKTLAR

Mədəniyyət 23:19 19.10.2018

Erməni ifaçıları və musiqişünasları plaqiatçılıq ənənələrinə sadiq qalaraq, vaxtaşırı Azərbaycan xalq mahnılarını özününküləşdirib, sosial şəbəkələr və müxtəlif media vasitələri ilə erməni nümunələri kimi dünyaya yayımlamağa davam edirlər.

Erməni plagiatının növbəti qurbanı “Aman Tello” Azərbaycan xalq mahnısı olub və onun ABŞ-da yaşayan etnik ermənilərin yaratdığı “System of A Down” rok-qrupu tərəfindən ifası və sosial şəbəkələrdə yayımlanması cəmiyyətdə və KİV-də müzakirələrə, narazılığa səbəb olub.

Oxu.Az məsələ ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edib.

Sorğuya cavab olaraq, “Aman Tello” mahnısının tarixi və erməni musiqi plagiatçılığının üsulları ilə bağlı araşdırma materialı təqdim edilib. 

Əvvəlcə, erməni musiqişünasların arqumentlərini oxucuların diqqətinə çatdırmaq istəyirik. 

Onlar israrla “Aman Tello”nun erməni mahnısı olduğunu sübut etməyə çalışırlar və arqument olaraq: 

- bu mahnının 1905-ci ildə erməni musiqişünas S.Komitas (Soqomonyan) tərəfindən nota alınmasını; 

- Azərbaycanlıların “Aman Tello” mahnısını 1980-ci illərin əvvəlində (musiqisi Oktay Kazımi, sözləri Vahid Əzizə, ifası M. Bağırzadəyə) yazdığını göstərirlər. 

Hər zaman olduğu kimi, ermənilərin bu arqumentləri də həqiqəti əks etdirmir. Belə ki, erməni mənbələrindən də bəlli olduğu kimi, XX əsrin əvvəllərində erməni musiqişünas S.Komitas indiki Ermənistan ərazisində məhz azərbaycanlıların yaşadığı kəndləri dolaşaraq, yüzlərlə Azərbaycan və türk mahnılarını nota alıb və bu mahnılardan biri də “Aman Tello” əsəridir. 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun araşdırmalarına əsasən, nəinki XX əsrin əvvəllərində, hətta XVII-XVIII əsrlərdə elə bir erməni əlyazmasına rast gəlmək çətindir ki, onlarda qədim Azərbaycan mahnıları və havaları olmasın:

“Onların mətnlərinin çoxu Matenadaranda və Ermənistanın digər arxivlərində saxlanılır. Erməni xalq mahnıları və havalarının tam əksəriyyəti (90 faizə yaxın) Azərbaycan xalq mahnılarına əsaslanır. Qədim Azərbaycan nəğmələri nəinki erməni mühitində geniş istifadə edilir, nəinki toplanaraq arxivlərdə saxlanılır və imkan daxilində tərcümə olunur, həm də onlar digər folklor nümunələrimiz kimi, ermənilər tərəfindən nəşr olunurdu.

R.Boyaçyan tərəfindən toplanmış və A.Seriyeks tərəfindən çapa hazırlanmış “Erməni xalq nəğmələri” kitabının Paris nəşrini misal kimi göstərmək olar. Bu kitabda nəşr olunanların əksər hissəsini orijinal mətnləri ilə verilmiş Azərbaycan xalq melodiyaları təşkil edirdi”.

1959-cu ildə çapdan çıxmış “Ensiklopedik musiqili lüğət”ə əsasən, “Erməni musiqisinin dahisi” kimi təqdim olunan S.Komitas üç mindən artıq mahnını yazıya köçürüb ki, hazırda onlardan 500-ə yaxını saxlanılmaqdadır. Əslində, S.Komitas erməni musiqisinin banisi olmaqdan daha çox, gələcəkdə baş verəcək erməni plagiatının istinad nöqtəsinə çevrilib:

“Xalq musiqi folkloru haqqında biliklərin dərinləşdirilməsi, gələcək plagiatın “inkişafı” məqsədilə sovet dövründə, 1925-ci ildə Yerevanda Elm və İncəsənət İnstitutu yanında xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi üzrə xüsusi bölmə yaradılıb. Bu bölməyə S.Komitasın şagirdi S.Məlikyan rəhbərlik edirdi”.

Müasir erməni musiqişünasları da S.Komitas və S.Məlikyanın yolunu davam edirlər. Komitasın XX əsrin əvvəlində nota aldığı “Aman Tello” ilə 80 il sonra O.Kazıminin “Aman Tello” (sözləri V. Əzizin: “...Bulaqların gözü doldu, İncitmədim, özü doldu) mahnısını qarşılaşdıraraq, özlərininkini qədimləşdirməyə cəhd göstərirlər.

Amma onların bilmədiyi və ya bilərəkdən gizlətdiyi məqam ondan ibarətdir ki, O.Kazıminin “Aman Tello” müəllif mahnısı və plagiata uğrayan “Aman Tello” xalq mahnısı tamamilə fərqli əsərlərdir. Belə ki, Əqli Mülkiyyət Agentliyinin eksperti, Xalq artisti, professor Faiq Sücəddinovun rəyinə əsasən, musiqisi Oktay Kazımi, sözləri Vahid Əzizə, ifası M. Bağırzadəyə aid olan “Aman Tello” mahnısı “Şur” pərdəsində, xalq mahnısı “Aman, Tello” isə “Mahur” pərdəsindədir. 

Plagiata uğrayan “Aman Tello” mahnısının Türkiyədə də Ərdahan və Ərzurum versiyaları mövcuddur (“Tello gider, yan gider, Tello”). 
 
“Aman Tello” Azərbaycan xalq mahnısı 1908-ci ildə Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məhəmməd Fərzəliyev kimi tanınmış xanəndələrin də daxil olduğu xor ansamblı tərəfindən ifa olunub. Azərbaycan Dövlət səsyazma arxivinin direktoru Həsənxan Mədətovun verdiyi məlumata görə, həmin ifa 1909-cu ildə “Varşava sport rekord” studiyası tərəfindən vala yazılıb. Bundan başqa, 1912-ci ilə aid həmin arxivin kataloqunda da “Aman Tello” mahnısı qeyd olunub. 

Xalq artisti F.Sücəddinovun rəyinə görə, “Aman Tello” Azərbaycan xalq mahnısı XIX əsrdə “Əlimdə sazım, qurbanım”, “Süsən sünbül” və bir çox simfonik orkestr əsəri və bəstəkar mahnıları kimi “Mahur” (keçidində) təsnifində yazılıb. 

Ümumiyyətlə, Azərbaycan folklorunda “Telli” antroponiminə, “telli” termininə bir çox mahnı həsr olunub: “Telliyar”, “Üç telli durna”, “Qara tellər”, “Tellər” (Aşıq Məhəmməd) və s.

“Tello” sözünün semantikasına gəlincə, “Telli qız” adının nəvazişli deyilişi “Tello” kimi səslənir. Belə ki Azərbaycanda və Anadoluda xalq dilində azyaşlıların və gənclərin adlarının sonuna nəvaziş, yaxınlıq ifadə edən  “o” şəkilçisi əlavə edilir.

Məsələn, Nazlı – Nazo, Güllü–Gülo və s. Erməni dilində də “sap”, “ipək” mənalarını ifadə edən “tel” (թել) sözü mövcuddur. Heç şübhəsiz ki, “թել” (“tel”) sözü də türk mənşəlidir, lakin bu söz erməni lüğətlərində “telli”, “gözəl saçlı”, “yaraşıqlı” mənalarında işlənilmir. 

Beləliklə, istər tarixi, istər etimoloji, istərsə də musiqişünaslıq baxımından “Aman Tello” mahnısının ermənilərə aidiyyəti yoxdur. Heç də təsadüfi deyil ki, ənənəvi erməni qız adları siyahısında “Telli” adına rast gəlinmir və türkdilli xalqlara məxsus olan “Telli” adı erməni dilində yalnız ermənilərin plagiatı  zamanı istifadə olunur. 


Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı