Azərbaycanın milli sərvəti Rəngini günəşdən, gücünü dağlardan alan Qarabağ atları - ÖZƏL

Mədəniyyət 16:50 09.11.2018

Tarixi min illiklərə dayanan Azərbaycanın simvollarından biri olan Qarabağ atları. Ən qədim yazılı mənbələrdə bu atlar Xəzəryanı bölgədə bəslənən atlar kimi qeyd olunub. Bu məlumata Heredotun “Tarix” kitabında da rast gəlinir.

Azərbaycan ən qədim zamanlardan atçılığın təşəkkül tapdığı ölkələrdəndir. Tarixi mənbələrə görə b.e.ə. 8000-4000-ci illər arasında Türküstanın İrana yaxın olan ərazilərində atların əhilləşdirildiyi qeyd olunub.

Tarixçi Herodot (e.ə. IV əsr) Midiyada Nesey adlanan geniş bir ərazidə (Xəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinn adı ilə) daha iri, güclü və yaraşıqlı atlar yetişdirildiyini öz əsərində qələmə alıb.

Tədqiqatçıların araşdırmalarından belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənbəyini Nesey atlarından götürmüşdür.

Gözəlliyi ilə görənləri heyran qoyan bu atlar tarixi irsimizin bir parçasıdır. Qarabağın işğalından sonra bu atların da taleyi qara yazıldı. Hazırda təmiz cins Qarabağ atlarının sayı kifayət qədər azdır və hətta tükənmək təhlükəsi ilə üz-üzədir.

Eurasia Diary bu məsələni gündəmə gətirmək üçün Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin üzvü Günay Rəhimbəylidən müsahibə alıb.

Günay Rəhimbəyli hələ uşaq yaşlarından atçılığa böyük həvəs göstərib. Atçılığa olan marağı onu incəsənətdən bu sahəyə yönəldib. Universitetdə oxuduğu zamanlarda çəkilişlərdə at belində rollar oynayan Günay xanım bu sahənin inkişafında böyük səy göstərir.

Günay xanım Azərbaycan atçılığının atributu olan Qarabağ atlarının nəslinin tükənməsi üzrə həyəcan təbili çalıb.

“Qarabağ atı gəlinin nişan üzüyü rəngində olur, dözümlüdür, mübarizdir, vəfalıdır və olduqca ecazkar, nəcib görünüşə malikdir”, - deyə Günay xanım Qarabağ atlarını təsvir edib.

Qarabağ atlarına verilən bu ad bölgənin adı ilə bağlıdır. Rus işğalı zamanı Qarabağ regionunda atlar yetişdirilir və imperiyanın xidməti üçün istifadə edilirdi. Hal-hazırda Avropada bu atların saxlanıldığı yerlər mövcuddur. Günay xanım Almaniyaya səfəri zamanı orada 30-40 baş Qarabağ atının saxlanıldığını söyləyib.

Hazırda Almaniyada fəaliyyət göstərən Qarabağ və Avrasiya atları Həvəskarı Cəmiyyətinin koordinasiyasında, Avropa ölkələrində 100-ə qədər Qarabağ və Qarabağ qanlı mələz atlar vardır. Cəmiyyətin rəhbəri Verena Şolianın məlumatına görə onların əsas hissəsinin Almaniyada, qalanının isə İsveçrə, Hollandiya, İtaliya və digər ölkələrdə olması məlumdur.

Qarabağın Xan zavodlarında əsasən üç tipə aid atlar saxlanılırdı: Maymun, Qarnıyırtıq, Əlyetməz. Maymun tipli atlar uzaq yürüşlərə davamlı olmaqla, sakit temperamentlidir. Qarnıyırtıq tipinə aid olan atlar çox yaraşıqlı, boyunu hündür duruşlu olmaqla, güc və davamlılığına görə Maymun tipindən geri qalmışlar.

Əlyetməz  (ceyran) tipi isə daha çox qısa məsafələrə qaçışda sürətli, hündür sıçrayışlı, ceyranı xatırladan yaraşıqlı və oynaq bədən quruluşuna malik olmuşlar. Bundan başqa, atçılıqla məşğul olan mütəxəssislər Toxmaq tipinə də üstünlük verirdilər. Bu atlar nisbətən iri bədənli, rəngi sarı-qızılı, yalı və ayaqları isə tünd kəhər rəngdə olmuşdur.

Qarabağ atları tarixi boyu xanlara, hökmdarlara verilən ən gözəl hədiyyələrdən hesab olunub, təsadüfi deyil ki, bu atlar hətta bir çox beynəlxalq müsabiqələrdə medallara layiq olub.

1867-ci ildə Parisdə keçirilmiş at sərgisində görənləri valeh edən Xan ləqəbli Qarabağ atı gümüş medala layiq görülmüşdür. Sərgidən sonra atın gözəlliyindən təsirlənən fransız qadınları öz saçlarını həmin atın rənginə oxşadaraq qızılı-kürən rəngə boyamışlar.

Qarabağ atları 1869-cu ildə keçirilmiş Ümumrusiya at sərgisində  iştirak edib. Bu sərgidə Maymun gümüş, Toxmaq bürünc medala və Usmiyevlərin (Xan qızı Natavanın) Əlyetməz adlı atı isə attestata layiq görülmüşdü.

1956-cı ildə Sovet hökuməti İngiltərə kraliçası II Yelizavetaya Qarabağda yetişdirilmiş Zaman adlı ayğır hədiyyə etmişdir.

Qarabağ atlarının gözəlliyinindən valeh olan isveçrəli kavalerist Hans Hutmeyer hətta malikanəsinin qarşısında XIX əsrin məşhur Qarabağ atı “Əlyetməz”ə heykəl də qoyub. O, Avropada Axal-təkə atlarının sayılan bilicilərindəndir. Hutmeyerə Axal-təkə Təşkilatına başqanlıq təklif edildikdə, o, Qarabağ atlarının da bu təşkilata daxil olmasını tələb etmişdi. Qarabağ atları həmin təşkilata yerləşdirilmədikdə, Hutmeyer vəzifədən imtina etmişdi.

Günay xanım atların cinsini müəyyənləşdirən pasportların yaradılmasının vacibliyini vurğulayıb. Eləcə də ümumilikdə atçılıq sahəsinin inkişafı üçün peşəkar kadrların hazırlanmasının önəmini qeyd edib.

Bundan əlavə, atçılığın inkişafında sadəcə dövlət deyil, imkanlı yardımsevər insanların da köməkliyindən istifadə edilməlidir.

Atların yetişdirilməsindən başqa onların təbliğinə də xüsusi əhəmiyyət verilməlidir. “İtmək Təhlükəsi olan Atların Komissiyasının üzvü latviyalı məşhur rəssam Datse Ştraus mənimlə Ağdamın atçılıq zavoduna getdi. O, Qarabağ atlarının rəsmlərini çəkərək Avropa məkanında tanınması üçün addım atdı. Lakin bu da kifayət etmir, daha geniş tədbirlərin görülməsi, yarışlarda və müsabiqələrdə atlarımızın iştirakı təşkil olunmalıdır”, - deyə Günay xanım qeyd edib.

Respublikamız müstəqillik əldə etdikdən sonra bir çox atçılıq qurumları və təssərrüfatları fəaliyyətə başladı. Hazırda Ağdam atçılıq zavodu ilə yanaşı onun törəmə 15-dən artıq özəl qurumlarında 100-ə qədər yaxşılaşdırılmış damazlıq Qarabağ atı saxlanılır.

Bu məsələ dövlətin  diqqət mərkəzindədir. Qeyd edək ki, cənab prezident Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Ağdam Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Atçılıq kompleksinin tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 2 (iki) milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.

Noyabr ayının 5-də dövlət başçısının iştirakı ilə Ağcabədi rayonunda Ağdam Qarabağ Atçılığı Kompleksinin açılışı baş tutmuşdur. Bundan əlavə, Noyabr ayında Qarabağ və Avrasiya atları Həvəskarı Cəmiyyətinin rəhbəri Verena Şolianını ölkəmizə səfəri planlaşdırılır.

Qeyd edək ki, Avropada 4 Qarabağ atları yetişdirilən təşkilat vardır. Çatışmazlıqların mövcud olmasına baxmayaraq, hazırda gedən proseslər bizə əsas verir ki, Qarabağ atlarını gələcəyinə ümidlə baxaq.

Rəngini günəşdən, gücünü dağlardan alan Qarabağ atları  Azərbaycanın milli simvollarından biridir, bu isə xüsusi yanaşma tələb edir. Babalarımızın dediyi kimi “At muraddır”, Qarabağ atları hər zaman diqqət mərkəzində olmalıdır. Xalqın hər bir nümayəndəsi Qarabağ atlarının təbliğində, yetişdirilməsində və inkişafında həmrəylik göstərməlidir.

Ülvi Əhmədli

Eurasia Diary


Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
Hamısı