Məşhur rejissor Ridli Skot "Qladiator" filminin ikinci hissəsini çəkməyi planlaşdırır.
Eurasia Diary xəbər verir ki, yeni layihədə filmin birinci hissəsində general Maksimus rolunu ifa edən Rassel Krou yer almayacaq.
“Paramount Pikçers” filmin çəkilişini həyata keçirəcək. Ssenari müəllifi isə “Aclıq oyunları” trilogiyasının müəllifi Piter Kreyqdir.
Qeyd edək ki, “Qladiator” tarixi filmi 2000-ci iln mayında ekranlara çıxıb və 5 “Oskar” mükafatına layiq görülüb.