Bu il noyabrın 25-də Belarus Respublikasında keçirilən “Junior Eurovision” mahnı müsabiqəsinin səhnəsi tamamlanıb.
Eurasia Diary “Qafqazinfo”-a istinadən xəbər verir ki, artıq şounun dekorasiyası, texniki işləri yekunlaşıb. Yarışma “Light up” şuarı ilə Mins Arenada baş tutacaq.
Qeyd edək ki, Belarusun ikinci dəfə ev sahibliyi edəcək müsabiqədə dörd illik fasilədən sonra Azərbaycanı “I wanna be like you” adlı mahnı ilə Fidan Hüseynova təmsil edəcək.