Nizami Kino Mərkəzi 20 Yanvar faciəsi ilə əlaqədar repertuarda bəzi dəyişikliklər edib.
Eurasia Diary trend-ə istinadən bildirir ki, yanvarın 20-də kinomərkəzin repertuarında olan komediya janrında filmlərin nümayişi dayandırılacaq.
Repertuara "Salnamə" sənədli filmlər studiyasında, rejissor Xamiz Muradovun çəkdiyi, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələri əks etdirən "Azadlığa gedən yollar " filmi daxil ediləcək.
Seanslar yanvarın 19-da saat 14:00-da, yanvarın 20-də saat 15:30-da olacaq.
Seanslara giriş sərbəstdir.